22 C
Baku
Friday, April 19, 2024

MBA və qadınlar: gender bərabərsizliyi hələ də problem olaraq qalır?

Biznes-məktəblər artıq iki onillikdir ki, öz tələbələri sırasına getdikcə daha çox qadın cəlb etməyə çalışır. Lakin qəbul olunanların statistikası heç də ürəkaçan deyil. 2011-ci ildə ümumdünya MBA tələbələri üzrə qadınların xüsusi çəkisi 31% təşkil etmişdir. Böyük Britaniyada bu göstərici 32%-ə bərabərdir. Hərçənd, 90-cı illərlə müqayisədə biznes-təhsil almaq istəyən qadınların sayı 20% artmışdır.

Lakin bu göstərici bütün biznes-məktəblərdə belə deyil. Məsələn, Fransadakı Reims Management School-da 2012-ci ildə tələbələrin 52%-i, müəllimlərin isə 51%-i qadınlardır. Daha bir misal: ötən mövsüm ilə müqayisədə Niderland Nyenrode Business University-ə daxil olan qadınların sayı 100% artmışdır.

Bununla belə, inkişaf çox zəifdir. Uyğun olaraq, belə bir sual yaranır: Bəs niyə MBA proqramı üzrə təhsil alan qadınların sayı belə azdır? TopMBA.com-un redaktoru Nunsio Kvakvarelli bildirir ki, bunun səbəbləri mədəni aspektlərlə bağlıdır: “Məsələn, ABŞ-da MBA istər qadın, istər kişilər üçün biznes-karyeranın hamı tərəfindən qəbul edilmiş bir pilləsidir. Böyük Britaniyada isə ali idarəçilikdə kişilər hələ də dominantlıq edir. Burada MBA müstəsna olaraq, kişilərin maliyyə sektoru kimi tanınan Sitiyə gediş bileti kimi qəbul olunur. Biznes-məktəblər çalışmalıdırlar ki, MBA proqramının biznesin bütün sahələri üzrə zəruriliyini göstərə bilsinlər.

36 yaşlı Kelli Düeri MBA proqramı üzrə Open University Business School-u 2011-ci ildə bitirmişdir. O qeyd edir ki, tələbələrə sponsorluq edən və MBA proqramını yüksək qiymətləndirən bir çox müəssisələr daha çox texnologiya, müdafiə və ya idarəetmə konsaltinqi ilə maraqlanan kişilərə üstünlük verirlər: “Qadınların hüquqşünaslıq və HR da daxil olmaqla tipik olaraq, fəaliyyət göstərdikləri sahələrin özünəməxsus kvalifikasiya və karyerada irəliləmə üsulları vardır, buna görə də MBA bu istiqamətlərdə irəliləmək üçün o qədər də uğurlu variant olmaya bilər”.

Əsas etibarilə, qadınlarda özünəinam çatışmır. Lakin onlar qərar verdikləri zaman gözlənilən nəticələri belə ötüb keçə bilirlər: “MBA dərəcəsini qazanaraq, qadınlar orta hesabla 75 000 funt sterlinq maaşa ümid etdikləri halda, kişilərin minimum 100 000 funt sterlinqlik gözləntiləri vardır”. – Düeri qeyd edir.

“Hər iki cinsin nüməyəndələri üçün maliyyə və konsaltinq sahəsində uğur qazanmaq başlıca məqsəddir, lakin bir qədər sonra qadınlar yüngül sənayeyə, kişilər isə müstəsna olaraq, texnologiya, energetika və ya mühəndisliyə istiqamətlənirlər”.

Bəs biznes-məktəblər auditoriyaya qadınları cəlb etmək üçün hansı tədbirlər görürlər? Business School daha çox qadın namizədlərə üstünlük verir, MBA inkişafı üzrə menecer Kerolayn Follouell bildirir: “Bu gün üçün biz qadın-müəllimlərin sayına görə FT reytinqində Böyük Britaniyanın birinci məktəbiyik. Zərif cinsin nümayəndələrinin müəllim heyətinin 41%-i təşkil etməsi faktı göstərir ki, biz qadın tələbələri qarşılamağa daima hazırıq. Təhsil üslubu mühazirə və müzakirələri özündə birləşdirir”.

Böyük Britaniyanın bir sıra biznes-məktəbləri qadınlara təqaüd təklif edərək onların daha çox diqqətini çəkməyə çalışırlar. 5000-21000 funt sterlinq həcmində yardım təklif edən Cass, Manchester, Birmingham, Judge və Westminster Business Schools belə təhsil müəssisələrindən biridir.
Maliyyə dəstəyi qərarların qəbul edilməsinə kömək edir, buna baxmayaraq bir çox qadınlar üçün 27-30+ yaş həddinin qoyulması maneə kimi çıxış edir. Çünki bu, qadınların ailə həyatı qurduqları dövrdür.

MBA tələbələrin 47%-i qadınların təşkil etdiyi Fransada yerləşən Rouen Business School biznes-məktəbinin MBA proqramı üzrə direktoru Paskal Krupka bu problemdən xəbərdardır: “Bizim iki – dörd və yeddi yaşlı – uşağı olan tələbəmiz var idi. Iki ay təhsil aldıqdan sonra o, çətin seçim qarşısında qaldığını bildirdi: MBA ya nikah. Bir neçə il sonra, artıq uşaqlar böyüyəndə o yenidən proqram üzrə təhsilini bitirmək üçün qayıtdı.Hazırda bizim məşğələlərimiz səhər saat 09:30-da başlayır, əvvəllər isə 08:30 idi. Bununla da, valideynlərin uşaqlarını məktəbə yola salmaq üçün vaxtı olur”. 

Məsafəli MBA təhsil alanların 42%-i qadınlar təşkil edir, çünki belə bir təhsil forması çevik format təklif edir, bundan əlavə ailəli tələbələr də nəzərə alınır.

Öz seçimini etməmişdən qabaq, Jaklin Park diqqətlə araşdırdı, ABŞ və Avropanın 15 biznes-məktəbini ziyarət etdi. Seçimi isə Oksford Universiteti nəznindəki Saіd Business School oldu. Məktəbdə zəif cinsin nümayəndələrinin faiz nisbəti ilə sayı 26% təşkil edir, lakin Jaklin Park Women’s Leadership Network ilə əlaqələndirici halqa olaraq, MBA proqramı ilə bağlı qadınlara kömək etmək fikrindədir: “Biz maarifçiliklə bağlı tədbirlər həyata keçirmək, eləcə də qadınların biznesdə qarşılaşdıqları problemlər ilə əlaqədar olan müzakirələrə kişiləri də daxil etmək fikrindəyik. Hazırda isə altı biznes-məktəb dekanından yalnız biri qadındır”.

Məktəblərdə paritetin əldə olunmasının magik formulu mövcud deyil. Çeviklik, “ailəli tələbələrə” dəstək, rəhbərlik, daha böyük yaş diapazonu, müəllimələrin sayının artırılması – artıq bir neçə ildir ki, qadınların MBA proqramına marağını artırmaq üçün bunlardan əsas vasitə kimi istifadə olunur. Məgər onların reallığa çevrilməsi üçün daha bir onillik gözləmək lazımdır?

Sonda belə bir nümunəni misal çəkək: belə ki, bir çox qadınlar biznes-məktəbi maneələrdən ibarət yol kimi deyil, öz məqsədinə çatmaq üçün kəskin istək kimi təsəvvür edirlər. “Mən MBA dərəcəsini 13 il əvvəl Henley-də almışam (məsafəli təhsil). Daxil olanda birinci uşağa, proqramı bitirdikdə isə artıq ikincisinə hamilə idim. Məktəbin dəstəyi hiss olunurdu, hərçənd eyni zamanda “full-time” işləmək, oxumaq və uşaq tərbiyə etmək ağlagəlməz səy tələb edirdi. MBA dərəcəsinin dəyərliliyi inanılmaz idi. O, ilk öncə yüksək vəzifə tutmaq üçün vacib rol oynadı, daha sonra isə uğurlu biznes qurmaq və inkişaf etdirmək üçün təkan verdi. Həmin dövrdə aldığım maaş isə MBA proqramına çəkdiyim xərcləri artıqlaması ilə ödədi.

Son xəbərlər
Digər xəbərlər