MBA-ya müraciət: gender fərqi varmı?

MBA-ya qəbul komissiyasının üzvləri kişi və qadın namizədlərə qarşı olan fikir ayrılığı ilə bağlı hər hansı fərziyyə irəli sürməkdən çəkinirlər. Ən azı ona görə ki, bu mövzu ayrı-seçkilik və ədalətsizlik irsi olan stereotiplərlə doludur. Lakin, çoxillik iş təcrübəsinə əsaslanaraq, seçim mərhələsində bəzi maraqlı xüsusiyyətləri vurğulamaq olar.

Böyük səkkizlik (M7) biznes-məktəblərinin hesablamalarına görə, MBA-ya qəbul olmuş namizədlər arasında qadınların nisbəti təxminən 40% çoxdur (MIT SloanChicago Booth-da 38%). Maraqlıdır ki, 2022-ci ildə Dartmouth Tuck-da qadınların payı 49% təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 7 bənd yuxarıdır.

Dartmouth Tuck-dan sonra 47% nisbətlə Stanford GSBWharton, 46%-la isə Duke Fuqua məktəbləri dayanır. Keçən il GMAC qadınların rekord sayını – ümumi namizədlərin 47.1%-ni (2019-cu il nəticəsi) açıqladı. 2020-ci ildəki sorğuya görə, qadın məzunlarının 84%-nin peşəkarlıq dərəcəsi “olduğundan yaxşı və ya çox yaxşı” oldu.

Kişi namizədlərlə qadın namizədlərin müraciətləri arasındakı fərqin nədən ibarət olduğunu düşünməyə çalışaq. Aparıcı biznes-məktəbdə yer qazanmaq üçün nələrə diqqət etməlisiniz?

  1. Özünə güvəndiyinizi göstərin

Bu tövsiyə hər kəsə uyğun olsa da, maraqlı bir müşahidə var: biznes-məktəbə müraciət edən qadınlar həddindən artıq təvazökar olurlar, güclü olduqlarını nümayiş etdirməkdən çəkinirlər və hətta uğurlarına kölgə salırlar. Unutmayın ki, sizin müraciətiniz – unikal hekayənizi dürüst və aydın şəkildə çatdıra biləcəyini yerdir. Bir sözlə, qəbul komissiyasının fikirlərinizi sətirarası oxuya biləcəyini gözləməyin. Sizə inanan, MBA proqramınıza verəcəyiniz dəyəri ifadə etməyə kömək edən mentor, məşqçi və ya dost tapın.

  1. Adi bir şey kimi qəbul etdiyiniz hekayələri danışın

Çoxillik təcrübəsi olan qəbul komissiyaları qeyd edirlər ki, kişi abituriyentlərin müraciətlərində tez-tez namizədin ailədə kollecə qəbul olan ilk insan olduğu barədə məlumat tapmaq olar. Və ya təhsil haqqını ödəmək üçün keçməli olduqları yol barədə bir hekayə. Lakin eyni vəziyyətə düşən qadın namizədlər bunu öz nailiyyətləri hesab etmirlər və özlərini fərqli şəkildə təqdim etməyə üstünlük verirlər. Bir çox qadınlar üçün “birinci” olmaq və ya çətinliklərin öhdəsindən gəlmək daha az unikaldır. Bu xüsusiyyətə diqqət yetirin – sizi MBA-ya aparan yola sövq edən ilk nə oldu?

  1. Riyazi bacarıqlarınızı göstərin

Statistikaya görə, qadın namizədlərin humanitar təhsilə sahib olma ehtimalı daha yüksəkdir və onlar əhəmiyyətli riyazi bacarıqları tələb edən vəzifələrə daha az müraciət edirlər. MBA-ya qəbul prosesi zamanı qadınlar riyaziyyat bacarıqlarını sübut emtək problemi ilə kişi namizədlərlə müqayisədə daha çox rastlaşırlar. GMAT Quantitative imtahanından yüksək bal qazanmaqla yanaşı, bacarıqlarınızı nümayiş etdirmək üçün statistika, maliyyə və ya mühasibat uçotu testlərini verə bilərsiniz. Bunu çox az sayda universitet etiraf etsə də, biznes-məktəblər profilləri unikal olan qadınlara GMAT ballarında kiçik güzəştlər edirlər.

  1. Özünüz üçün çempion olun

Son tədqiqatlar göstərir ki, qadınlar nailiyyətləri üçün şöhrət axtarmırlar. İşi düzgün şəkildə ümumiləşdirmək və nailiyyətlərə vurğu etmək – təkmilləşdirməli olduğunuz vacib biznes-bacarıqdır.

Tövsiyə məktubu – təcrübə üçün əla yerdir: nailiyyətlərinizi xüsusi təfərrüatlarla sadalamaqdan çəkinməyin. Bu, onları namizədliyiniz üçün daha təsirli şəkildə göstərəcək, lakin əvvəlcə özünüzün yaxşı müdafiəçisi olmalısınız.

Unutmayın ki, bakalavrda yüksək davamiyyəti, ləyaqətli karyera nailiyyətləri və dərsdənkənar fəaliyyəti olan bir çox gənc qadınlar var. Qəbul komissiyasının sizi qəbul etməsi üçün tutarlı səbəblər göstərin!

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.