MBA-ya qəbul olmaq üçün hansını seçməliyəm – GMAT, GRE, yoxsa EA?

Əgər biznes-məktəbə qəbul olduğunuz zaman bir neçə imtahan arasında seçim etmək imkanı varsa, onlardan hansına üstünlük verməlisiniz? Burada nəzərə alınmalı iki əsas məqam var:

1. Seçdiyiniz biznes-məktəb hansı imtahanlar təklif edir?

2. Hansı imtahan sizin üçün daha uyğundur?

Bu və digər suallara cavab vermək üçün əvvəlcə kiçik araşdırma aparmalısınız. Dəqiq olaraq hara qəbul olmaq istəyirsiniz? Hansı təhsil müəssisələrinə potensial olaraq müraciət göndərə bilirsiniz? Bu universitetlərin abituriyentlərə qarşı irəli sürdüyü tələblər hansılardır?

Qarşınızda hansı qapıların açıq olduğunu başa düşdükdən sonra, ciddi fikirlərə qərq ola bilərsiniz.

Biznes-məktəbin hansı testə üstünlük verdiyini necə öyrənmək olar?

Yüksək idarəetmə proqramlarının əksəriyyəti (MBA da daxil olmaqla) həm GMAT, həm də GRE nəticələrini qəbul edir. Onların bir çoxu Executive Assessment nəticələrini də nəzərdən keçirməyə hazır olduğunu açıqlayır.

Bəzi Executive MBA (EMBA) proqramları qabaqcadan Executive Assessment (EA) imtahanına üstünlük verdiklərini bildirirlər. Qeyd edək ki, EA məhz bu proqramlar üçün nəzərdə tutulub.

İndi isə qəbul olmağı planlaşdırdığınız məktəblərə qayıdaq. İlk növbədə, bu məktəblərin rəsmi saytına daxil olub bu və ya digər testə üstünlük verilməsinə işarə edən məlumatlar axtarın. Əlavə olaraq məktəbin bloqunda və abituriyentlər üçün yaradılmış digər faydalı resurslarda axtarış edin.

Əgər bir neçə növ proqram arasında seçim etməkdə çətinlik çəkirsinizsə (məsələn, MBA və MiM), onda hər iki kurs haqqında öyrənin. Unutmayın ki, eyni universitetdə bu və ya digər proqrama dair tələblər fərqli ola bilər.

Və nəhayət, suallarınızı birbaşa məktəblərə verməkdən çəkinməyin. Onlar tələblərlə ünsiyyət qurmağı sevirlər və kömək etməyə həmişə hazırdırlar! İstəsəniz, info-görüş üçün qeydiyyatdan keçə bilərsiniz. Bu cür tədbirlər həm də maraqlarınızı nümayiş etdirməyin yollarından biridir.

Hansı imtahanı seçməli olduğumu necə bilə bilərəm?

Əgər qəbul olmaq istədiyiniz biznes-məktəb konkret bir imtahana üstünlük verirsə, şübhəsiz ki, onu seçməlisiniz. Bununla yanaşı, hər üç imtahanın riyaziyyat, leksika və məntiqi düşüncə bacarıqlarını əhatə etdiyini unutmayın.

Quantitative

Bir çox insan GRE-də riyaziyyatın GMAT və EA-ya nisbətən daha asan olduğunu düşünür. Bu fərziyyə riyaziyyatın bütün mövzuları haqqında məlumatı olanlar üçün doğrudur. Lakin riyaziyyatda müəyyən zəif və güclü tərəflərinizin olduğunu bilirsinizsə, bu ideya tamamilə yanlış ola bilər.

Məsələn, GRE-də adətən həndəsəyə aid tapşırıqlar çox olur (GMAT-da daha az, EA-da isə demək olar ki, heç yoxdur).

Qeyd: həndəsəni saymasaq, GMAT və EA təxminən eyni materialları əhatə edir.

GMAT, bir qayda olaraq, test tapşırıqlarından ibarətdir (GRE-də elə deyil). Üstəlik, burada arifmetik düşüncə və ya riyazi ixtiraçılıqla bağlı suallar var. GMAT və EA-da Quant bölməsi yalnız test tapşırıqlarından tərtib olunub. GRE-də isə “uyğun gələnləri seçin” və “rəqəm daxil edin” tipli tapşırıqlar daxil olmaqla, müxtəlif sual formatlarından istifadə edilir. Yəni sualın cavabını özünüz tapıb yazmalısınız.

Verbal və Logical Reasoning

Hər üç imtahanın Verbal bölməsində abituriyentin oxuduqlarını qavramaq və oxşar üsullarla məntiqi düşünmək bacarığı yoxlanılır. Ünsiyyət bacarıqları isə müxtəlif yollarla qiymətləndirilir: GRE leksika və söz mənalarına diqqət yetirir, GMAT və EA qrammatika və mahiyyətə üstünlük verir.

Müvafiq olaraq, seçiminiz nəyə ən çox üstünlük verməyinizdən asılı olacaq – leksika, yoxsa qrammatika? Əslində, burada çətin heç nə yoxdur. Siz sadəcə hansı bacarıqları təkmilləşdirməli olduğunuzu başa düşməlisiniz. Bəlkə qrammatikanı sevirsiniz, amma söz öyrənmək sizin üçün daha asan olacaq, nəinki qayda əzbərləmək?

Qeyd: GMAT və EA-da şifahi tapşırıqların məzmunu eynidir.

Integrated Reasoning (IR)

GMAT və EA-da riyazi və leksiki bacarıqları qiymətləndirən bölmələr var. Onlar özündə Quant-da istifadə olunan materialları, o cümlədən qavrama və məntiqi düşüncə bacarıqlarını qiymətləndirən Verbal mərhələsini birləşdirir. Fərq ondadır ki, burada bu bacarıqları paralel olaraq istifadə etmək lazımdır.

Bəzən IR bölməsindəki tapşırıqlar namizədlərin gözündə qeyri-adi görünür. Qeyd edək ki, bu tapşırıqlar real həyatda istifadə etdiyimiz təhlillərə bənzəyir. Məsələn: qrafikə baxın, onu təsvir edin, cədvəli nəzərdən keçirin və suallara cavab verin. Əgər işdə davamlı olaraq buna oxşar bir şey edirsinizsə, çox güman ki, IR bölməsini bəyənəcəksiniz.

Esse (inşa)

GRE-də iki esse yazmalısınız (hər biri üçün 30 dəqiqə vaxt verilir) və çətinlik ondan ibarətdir ki, bu tapşırığın yerinə yetirilməsinə imtahanın əvvəlində başlamalısınız. GMAT-da sizə yalnız bir inşa (burada da yarım saat vaxt verilir) yazmaq təklif olunur. GRE-dən fərqli olaraq, burada imtahanın mərhələlərini istədiyiniz şəkildə dəyişdirməyə icarə verilir.

Qeyd: EA-da esse yoxdur.

Əksər hallarda, işgüzar yönümlü proqramlar inşa ilə deyil, imtahanın test hissəsi ilə maraqlanırlar. Onlar sizin ingilis dilində bir neçə cümlə qura biləcəyinizdən əmin olmaq istəyirlər. “Kifayət qədər yaxşı” nəticə dedikdə, bir qayda olaraq, 25-30% nəzərdə tutulur. Düşünürük ki, bu həddi asanlıqla keçəcəksiniz.

Bununla belə, PhD (fəlsəfə doktoru) dərəcəsini almağı düşünürsünüzsə, esseyə daha böyük diqqət yetiriləcək. Üstəlik, xəyal etdiyiniz elmi dərəcəyə sahib olmaq üçün diplom işi yazmalı olacaqsınız. Buna görə də, fikirlərinizi yazılı şəkildə ifadə etməkdə çətinlik çəkirsinizsə, esse mərhələsinə daha ciddi yanaşmağınız tövsiyə olunur.

Executive Assessment imtahanının üstünlükləri

GMAT və GRE-dən fərqli olaraq, EA cəmi 1.5 saat çəkir. Üstəlik, burada bal sistemi GMAT və GRE imtahanlarında olduğu kimi deyil.

Unutmayın ki, EA “hazırlıq testi” kimi düşünülüb və maneələri qıran indikatora bənzəyir. Əsas mahiyyət ondan ibarətdir ki, əgər müəyyən bir səviyyəyə çatmısınızsa (və ya onu aşmısınızsa), demək ki, bu proqramın akademik tələblərini yerinə yetirməyə hazırsınız. Əksər EMBA kursları 150+ balla kifayətlənir (120-174 şkalası üzrə). Doğrudur, adi MBA-da EA imtahanı əksər hallarda “sevilmir” və onun keçərli olduğu azsaylı məktəblərdə adətən 155+ baldan danışılır.

EA-nın yanaşmasının gözəlliyi məhz burada ortaya çıxır. Məktəblər məlumat toplamır və qeydiyyatdan keçən tələblərin orta balını hesablamır. Ümumiyyətlə, orta bal statistikası burada heç bir rol oynamır. Keçid balı artıq müəyyən edilib və siz sadəcə onu keçməlisiniz.

GMAT və GRE-yə gəldikdə isə əksinə, əsasən orta bal göstəricilərindən istifadə olunur. Və bu, orta göstəricilərin davamlı olaraq qalxmasına gətirib çıxarır – silahlanma yarışdakı olduğu kimi, – çünki məktəblər daim reytinqdəki mövqelərini gücləndirməyə çalışırlar.

Uzun sözün qısası, EA-dan keçmək daha asandır, nəinki GMAT və GRE-nin orta bal statistikasını fəth etmək.

Lakin burada da bir nüans var!

EA-da IR bölməsi – riyazi və leksiki bacarıqların bir tapşırıqda birləşdiyi mərhələdir. GMAT-da isə IR üzrə aldığınız bal ümumi bala daxil edilmir. Bəli, universitetlər bu mərhələyə diqqət yetirirlər, lakin IR onlar prioritet deyil.

Bəzi namizədlərin IR bölməsinin tapşırıqlarından dəhşətə gəldiklərini, bəzilərinin isə əksinə, sevdindiyini daha əvvəl qeyd etmişdik. Buna görə hər şey sizin IR-yə olan münasibətinizdən asılıdır.

Bu cür tapşırıqlarla ilk dəfə qarşılaşdıqda, yəqin ki, təəccüblənəcəksiniz – çünki onlar indiyədək gördüyünüz məsələlərdən fərqlidirlər. Əgər EA imtahanını seçmək istəyirsinizsə, amma IR mərhələsindən keçə biləcəyinizdən əmin deyilsinizsə, özünüzə düşünmək üçün və bu imtahanla yaxından tanış olmaq üçün bir həftə vaxt verin. Onun necə işlədiyini öyrənin.

Seçim edə bilmirəm

Əgər iki test imtahanı arasında seçim edə bilmirsinizsə, onların hər birinin əsaslarını (sualların növü və vaxt bölgüsü) öyrənmək üçün bir həftə vaxt ayırın, sonra isə sınaq imtahanlarını verin.

Əlbəttə ki, birinci dəfədən möhtəşəm nəticələr əldə edə bilməyəcəksiniz, çünki yenicə məşq etməyə başlamısınız. Lakin buna baxmayaraq, ümumi mənzərəni artıq görəcəksiniz və düşünülmüş şəkildə seçim edəcəksiniz: hansı imtahan daha çətin idi? İmtahanda daha yüksək bal toplamaq üçün nələri öyrənməlisiniz? Hansı mövzularda sərbəstsiniz, hansılarda isə “üzürsünüz”?

Uğurlar!

 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.