24 C
Baku
Friday, April 26, 2024

MBA-ya qəbul prosesinin pərdəarxasında nələr gizlənir

Deməli, MBA təhsilini almaq istəyirsiniz. Çox güman ki, artıq müraciət müddətini araşdırmağa başlamısınız, bəs “Göndərmək” düyməsini basandan sonra nə baş verdiyi barədə heç düşünmüsünüz?

Bu məsələyə aydınlıq gətirmək üçün MBA komissiyasının pərdəarxası görüntülərinə nəzər salmaq və namizədlərin bununla bağlı ən populyar suallarını cavablandırmaq istəyirik.

Qəbul komissiyasına kimlər daxildir?

MBA-nın qəbul komissiyasının tərkibi məktəbin ölçüsündən asılıdır. Komitələr özündə HR, ofis işçilərini və xarici oxucuları birləşdirə bilər. Bəzi məktəblərdə komitələrə akademik proqram işçiləri, müəllimlər və dekanlar da daxildir.

Qəbul komissiyası nə axtarır?

Qəbul komissiyasına kimlərin daxil olmasından asılı olmayaraq, müraciətlərə baxarkən əsas dörd xüsusiyyətə diqqət yetirilir:

Akademik bacarıqlar

Heç bir məktəb proqramı müvəffəqiyyətlə bitirə bilməyəcək və ya tədris zamanı böyük çətinliklərlə qarşılaşacaq namizədi qəbul etmək istəməz. Buna görə də qəbul komissiyaları ilk növbədə tələbənin akademik bacarıqlarına qiymət verirlər: bakalavrdakı göstəricilər, GMAT, GRE və ya EA nəticələri.

Doğrudur, bəzi məktəblər 2020-2021 tədris ilində testin nəticələrini tələb etmirlər, bununla belə ən yaxşı təhsil müəssisələri namizədlərin mürəkkəb proqramlara hazır olub-olmadığını yoxlamaq üçün qiymətləndirmə aparırlar. Mütəxəssislərin fikrincə, test nəticələri ilə tələbənin davamiyyəti arasında müəyyən əlaqə var.

Müvafiq iş təcrübəsi

Qəbul komissiyaları peşəkar təcrübəyə sahib olan namizədləri axtarırlar. Buna baxmayaraq, siz nəzərə almalısınız ki, mükəmməl karyera mövcud deyil. Biznes-məktəblər unikal təcrübəli çoxtərəfli namizədlərə üstünlük verirlər.

Məqsədyönlü karyera yolu

Qəbul komissiyasının üzvləri namizədin gələcək karyerası və onun bu və ya digər sahəyə necə təsir edəcəyi ilə bağlı müəyyən fikrə sahib olmaq istəyirlər. Bildiyiniz kimi, müraciətin yazılışına dair hər hansı bir qayda yoxdur. Buna baxmayaraq, çalışın gələcək məqsədlərinizi konkret göstərəsiniz.

“Niyə bizi seçdiniz?”

Biznes-məktəblər namizədin onların təhsil proqramında maraqlı olduğunu görmək istəyirlər. Proqramın təfərrüatları barədə bilikli olduğunuzu nümayiş etdirmək – marağınızı göstərməyin əla bir yoludur. Eyni zamanda qeyri-müəyyən və “bulanıq” təriflərin yersiz olduğunu unutmayın. Bunun əvəzinə proqramın konkret aspektlərinə toxunun: hansı bilik və bacarıqlardan gələcək karyeranızda istifadə etməyi planlaşdırırsınız? Onları necə reallaşdıracaqsınız?

Müraciətiniz alındıqdan sonra nə baş verir?

Əlbəttə ki, bütün proseslər məktəbdən məktəbə fərqlənə bilər, lakin adətən müraciətlərə baxılan zaman bu addımlar atılır:

1. Çevik baxış

Birinci mərhələdə müraciət əməliyyat qrupu tərəfindən yoxlanılır. Əgər hər hansı bir sənəd çatışmırsa, namizədə bu barədə xəbərdarlıq edilir.

2. İlkin qiymətləndirmə

Daha sonra komissiya əməkdaşı ilkin qiymətləndirmə aparır və namizədin tələbələrə cavab verdiyini müəyyənləşdirir. Bəzi hallarda məktəblər iş təcrübəsindən asılı olmayaraq müraciətləri bütün işçilərə paylayırlar.

3. Müsahibəyə dəvət

Kriteriyalara cavab verən ən rəqabətli namizədlər müsahibəyə dəvət olunurlar. Müəyyən hallarda məktəblər daimi əsasda dəvət göndərirlər, digərləri isə bunun üçün xüsusi günlər seçirlər.

Müsahibənin məqsədi nədir?

Əgər namizəd müsahibə üçün dəvət alırsa, bu o deməkdir ki, qəbul komissiyası onun şəxsi bacarıqlarını qiymətləndirmək istəyir. Müsahibə alan şəxslər adətən bunları istəyir:

1. Məqsədlərinizi qiymətləndirmək

Müsahibəçilər namizədin tutduğu hədəflərin nə dərəcədə real göründüyünü, o cümlədən onun bu hədəflərə çatmaq üçün addımlar atmağa hazır olub-olmadığını bilmək istəyirlər.

2. Proqrama olan marağı qiymətləndirmək

Adətən tələbə proqrama olan marağını essedə göstərir. Buna baxmayaraq, müsahibə onun motivlərini daha yaxşı başa düşməyə kömək edir. Namizədin proqram haqqında məlumatı varmı? O həqiqətən yüksək maraq göstərir?

3. Gələcək nəticələri proqramlaşdırmaq

Müsahibəçilər namizədin korporativ intervyuyer və ya məktəbi müvəffəqiyyətlə bitirmiş məzunlar qarşısında özünü nə dərəcədə yaxşı təqdim edəcəyini öyrənmək istəyirlər. Başqa sözlə desək, müsahibə qəbul komissiyasına namizədin “təsdiqləndiyini” dəqiqləşdirməyə imkan verir.

4. Digər məlumatları müzakirə etmək

Bəlkə namizədin iş təcrübəsində hər hansısa boşluqlar var? Bəli, əlavə sənədlərdə bütün bu nüansları göstərmək mümkündür. Lakin müsahibə – müraciətdəki problemli nöqtələri müzakirə etmək üçün əla bir fürsətdir.

Müsahibədə “rədd” cavabını aldıqdan sonra nə baş verir?

Mənfi təcrübə namizədin gözləmə siyahısına salınması və ya rədd edilməsi ilə nəticələnir. Qeyd edək ki, rədd edilmə çox nadir hallarda baş verir.

Müsahibədən uğurla keçdikdən sonra nə baş verir?

Müsahibədən müvəffəqiyyətlə keçdikdən sonra müraciət komissiyanın digər üzvünə göndərilir. Adətən müraciət qəbul komissiyasının rəhbərinə göndərilir.

Qeyri-müəyyən profillər çox vaxt ümumi komitəyə təqdim olunur. Bəzən qəbul komissiyasının rəhbəri sadəcə hazır “təsdiqləri” və “rədd cavablarını” təqdim edir.

Gözləmə siyahısına düşdükdə nə baş verir?

Əvvəla, hər kəsin gözləmə siyahısından çıxmaq şansı var! Əslində bu pis mövqe deyil, çünki məktəbin diqqətində olduğunuz deməkdir.

Əgər siz də “wait-list”ə daxil edildinizsə, zəifliyinizin nə olduğunu öyrənib üzərində işləməyə başlamalısınız. Bəzi məktəblər müraciətdəki çatışmazlıqları düzəltmək üçün abituriyentlərə kömək edirlər. Yaxşı olar ki, məktəbin siyasət qaydaları ilə tanış olasınız.

Müəyyən hallarda məktəblər namizədə gözləmə siyahısında ola-ola özləri haqqında əlavə məlumatlar təqdim etməyə icazə verirlər. Məsələn, GMAT, GRE və ya EA nəticələrini yeniləməyi. Hər fürsətdən istifadə edin!

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər