16 C
Baku
Friday, April 26, 2024

MBNP avtomobillərin icbari sığortası üzrə “Ata Sığorta”ya qoyduğu qadağanı ləğv edib

Bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Ata Sığorta” şirkətinin avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırdığı barədə qərarın aradan qaldırıb. Bu barədə “Ata Sığorta” şirkətinin İdarə Heyətinin sədrinin müavini Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gündən etibarən şirkət artıq avtomobillərin icbari sığortası üzrə fəaliyyətini tam gücü ilə həyata keçirir.

Xatırladaq ki, bir müddət öncə MBNP “Ata Sığorta” və “Atəşgah Sığorta” şirkətlərinin avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırmışdı.

Ötən gün bu qadağa “Atəşgah Sığorta”dan bu gün isə “Ata Sığorta” şirkətinin üzərindən götürülüb.

ONA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər