19 C
Baku
Saturday, October 1, 2022

MBNP: Bank sektorunda likvidlik daha çox xarici valyutada təmərküzləşib

“Ötən ilin üçüncü rübündə bankların likvidlik səviyyəsində azalma müşahidə etdik. Təhlillər onu göstərir ki, likvidlik daha çox xarici valyutada təmərküzləşib. Azərbaycan banklarında müntəzəm olaraq stress-testlər keçirilir. Sentyabrla müqayisədə hazırda likvidlik səviyyəsi sabitləşib”. Bunu “Fitch” beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Strateji xidmətlər departamentinin Prudensal siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov deyib.

Onun sözlərinə görə, ötən il banklar xarici borclarını azaltmaq imkanına yiyələnib: “Valyuta dəyişkənliyi fonunda bankların xarici borclarında 20%-dən çox azalma müşahidə etdik. Bu borcun əksəriyyəti, yəni 80%-dən çoxu “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin payına düşürdü”.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər