18 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

MBNP daha bir IT məsələsini həll etməyi “ATA Holdinq”in törəməsinə həvalə edir

Azərbaycan Respublikası Maliyyə Bazarlaına Nəzarət Palatası 2-ci dəfə IT üzrə işlərin görülməsi xidmətini “ATA Texnologiya” MMC şirkətinə həvalə edib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Palata “ATA Texnologiya”ya ilə dövlət qurumunun şəbəkə infrastrukturunun və server otağının yenilənməsi üzrə 731 399 manatlıq satınlama müqaviləsi bağlayıb.

Bildirək ki, bundan öncə, “Valyuta mübadiləsi fəaliyyətinə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziyaların verilməsi, valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestrinin və valyuta mübadilə əməliyyatları üzrə uçotun aparılması üçün proqram təminatı məqsədi ilə mal və xidmətlərin” satın alınması müqaviləsini imzalamışdı. Həmin müqavilənin dəyəri isə 604 959 manat idi.

“AtaTexnologiya” MMC 2004-cü ildə “AtaHolding” MMC tərəfindən təsis edilmişdir. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkət Azərbaycan bazarında fəaliyyət göstərir.

Son xəbərlər
Oxşar xəbərlər