1 C
Baku
Saturday, December 14, 2024

MBNP “exchange”lərə görə bu xidməti satın alır

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Valyuta mübadiləsi fəaliyyətinə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziyaların verilməsi, valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestrinin və valyuta mübadilə əməliyyatları üzrə uçotun aparılması üçün proqram təminatı məqsədi ilə mal və xidmətlərin satın alınması üzrə açıq tender elan edib. İştirak haqqı 500 manat olacaq.


Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Bülbül prospekti 27(Əlaqələndirici şəxs : RÜSTƏM KƏRİMOV YABİR OĞLU , telefon : +99412 493-50-58/285) ünvanından ala bilərlər.

İştirak haqqı:
  • lot 1 – 500 AZN
Bank rekvizitləri:
  • Hesab: AZ92 HAJC NCRA ZN00 9000 7131 0001
  • VÖEN: 1403372311
  • Bank: Xalq Bank Sahil filialı
  • Kodu: 510675
  • M/H: AZ24NABZ01350100000000067944
  • S.W.İ.F.T: 2000296061

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  • 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  • 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 07.05.2019 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 16.05.2019 18:00 qədər Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 17.05.2019 15:00 tarixində Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər