Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edib.
Banker.az xəbər verir ki, müvafiq qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.
Qərara əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) üzrə MBNP-nin Mərkəzləşdirilmiş Kredit Reyestri “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”ndan çıxarılıb.