MBNP rəhbər şəxslər üçün 35 minə yaxın ödəniş edib

0

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Azərbaycan Respublikasında fəaliyyət göstərən maliyyə institutlarının rəhbərləri və digər mühüm vəzifə sahibləri üçün Avropa Direktivlərinə uyğun peşə tələblərinin və onların ölçülməsi alətləri barədə tövsiyələrin hazırlanması” xidmətini satın alıb.

Banker.az-ın xəbərinə görə, MBNP tərəfindən xidmətin satın alınması üçün 08.01.2019-cu il tarixində keçirilmiş kotirovka sorğusunda polşalı mütəxəssis Mariola Szymanska – Koszczye ƏDV daxil olmaqla 34 500 manat məbləği ilə qalib elan olunub. Qaliblə müvafiq satınalma müqaviləsi imzaıanıb.