MBNP və Bankda çalışmış xanım “Nargis” jurnalına rəhbər gedib

Maliyyə Bazarlarına Nəzarət Palatasını (MBNP) cari ilin mayında tərk edən Aytən Hüseynovanın yeni iş yerinin adı məlum olub.

Banker.az-ın xəbərinə görə, O, “Nargis” jurnalında Baş icraçı direktor seçilib.

A.Hüseynova MBNP-yə hələ 2017-ci ildə İnsan Resurslarının İdarəolunması İdarəsi rəisi kimi gəlmişdi. 

Daha əvvəl isə Təhsil Nazirliyində Layihə rəhbəri və ləğv olunmuş “Dəmir Bank” ASC-də eyni departamentin direktorunu müavini olmuşdur.

“Nargis” jurnalı 2012-ci ildən həyat-tərzi, model, musiqi və kino auditoryasını əhatə edən jurnallar dərc edir.

Eləcə də jurnal ən son dünya hadisələrinin və dəb tendensiyalarının icmalını  təqdim edir.

Son xəbərlər
Digər xəbərlər