“McAfee” antivirusunun yaradıcısı Con Makafi İspaniya həbsxanasında ölü tapılıb.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “El Pais” qəzeti yazıb. İlkin məlumata görə, o, intihar edib. Kataloniyanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Xatırladaq ki, Con Makafi ABŞ tərəfindən vergidən yayınmaqda günahlandırılaraq həbs edilib. O, 2014-2018-ci illər arasında dövlətə heç bir vergi bəyannaməsini təqdim etməyib. Cənab Makafi İspaniyada 2020-ci ilin oktyabrından bəri həbsdə olub. 23 iyunda məhkəmə onun ABŞ-a ekstradisiyasını təsdiq edib.
2019-cu ildə sahibkar ABŞ hökumətinin onu hədələdəyini söyləyib və səlahiyyətli orqanlardan onun intihar etməsinə inanmamağı xahiş edib. Makafinin atası proqramçı və biznesmenin 15 yaşı olanda intihar edib.