14 C
Baku
Tuesday, November 19, 2024

“MCB” BOKT 2022-ci ildə 725 min manat xalis mənfəət əldə edib

Pakistan bankının Azərbaycandakı törəmə kredit təşkilatı “MCB” BOKT 2022-ci ildə 725 min manat üzərində xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə BOKT-un illik audit hesabatında qeyd edilir.

Hesabata görə, onun gəlirlərinin həcmi 2 mln. 573 min manat, faiz xərcləri isə 877 min manat təşkil edib ki, bu da onun 1 mln. 696 min manatlıq xalis faiz gəliridir. Bu 2021-ci ildə 1 mln. 394 min manat idi.

2021-ci il üzrə isə “MCB” BOKT-un xalis mənfəəti 659 min manat təşkil etmişdi.

BOKT bu xalis mənfəətdən sonra balansındakı yığılmış mənfəəti 1 mln. 621 min manat olub.

BOKT cəmi aktivlərini son bir ildə 39% artırmaqla 18 mln. 763.9 min manata yüksəldib. Bunun da 8 mln. 287 min manatı lizinqlə bağlıdır.

23423 23434

Son xəbərlər
Digər xəbərlər