“MCB Lizinq” istiqrazlarının gəlirliliyini kəskin azaldıb

“MCB Lizinq” QSC 16 iyun 2017-ci il tarixində, 3 il müddətinə dövriyyəyə buraxdığı AZ2002008848 qeydiyyat nömrəli istiqrazlarının gəlirliliyini 29 iyul 2018-ci il tarixindən kəskin azaldıb.

Bu barədə şirkətdən bildirilir.

Məlumatda deyilir ki, hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd (500 min manatlıq) təmin edilməmiş istiqrazın illik faiz dərəcəsi 18%-dən 13%-ə endirilib.

Faizlərin azaldılması ölkədə maliyyə sabitliyinin təmin edilməsi, bazarda faiz dərəcələrinin aşağı olması ilə bağlıdır.

Report