14 C
Baku
Friday, November 22, 2024

“McDonald’s Azərbaycan” cərimələnir – Səbəb isə budur…

ABŞ-ın “McDonald’s” fast-food restoranlarını Azərbaycanda işlədən transmilli şirkət “McDonald’s Azərbaycan” QSC barəsində cərimə protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 9 iyun 2021-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, “McDonald’s Azərbaycan” 1999-cu ildən fəaliyyət göstərir. Şirkət 2019-cu ilin sentyabr ayında qapalı səhmdar cəmiyyət kimi fəaliyyət göstərəcəyini elan etmişdi. Səhmdar cəmiyyətin hazırda nizamnamə kapitalı 28,45 mln. manatdır.

Son xəbərlər
Digər xəbərlər