“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 26-27 yanvar 2021-ci il tarixlərində qida məhsulları sahəsində fəaliyyət göstərən 47 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin tarixdə 7 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər bunlardır:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | “MCDONALD`S AZƏRBAYCAN” QSC-nin restoranlarından biri | İctimai iaşə | Sahibkar fəaliyyətə başlamamışdır. |
2 | Ələsgərov Nasil Pirverdi oğlu | Emal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
3 | Nəhmətova Hökümə Burhan qızı | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
4 | Quliyev Hafiz Böyükağa oğlu | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
5 | Hüseynov Novruz Əli oğlu | Pərakəndə satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
6 | Məmmədov Vahid Xamməd oğlu | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
7 | Əzimov Şəfahət Əliş oğlu | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.