20 C
Baku
Wednesday, April 24, 2024

“McDonald’s Azərbaycan” QSC-yə yeni gənc rəhbər (CEO) təyin edilib

1999-cu ildən Azərbaycan bazarına daxil olan fast-food restoranları şəbəksi “McDonald”ın Azərbaycandakı törəmə şirkəti “McDonald’s Azərbaycan” QSC-nin yeni İdarə Heyətinə sədr təyin edilib. Bu barədə Banker.az-a şirkətə yaxın mənbə məlumat verir.

30 milyona manata yaxın dəyərdə olan bu törəmə şirkətin İdarə Heyətinə 2020-ci ilin fevral ayından etibarən Oscar Bogopolski (Oskar Boqopolskiy Vadimoviç) təyin edilib. O.Bogoplski “McDonald’s Azərbaycan”a 2014-cü ildə maliyyə meneceri kimi gəlmişdi və sonrada, yəni, 2017-ci ildən bu günə qədər Baş maliyyə inzibatçısı vəzifəsinə yüksəlib.

Buna qədər isə bu şirkətə rəhbərliyi Maqsud Mirzəyev edirdi.

Oscar Bogopoliski ali təhsilini Azərbaycanda bitirib. İngilis, Rus və eləcə də Azərbaycan dilində bilir.

Xatırladaq ki, “McDonald’s Azərbaycan” şirkəti 2019-cu ilin sentyabr ayında qapalı səhmdar cəmiyyət kimi fəaliyyət göstərəcəyini elan etmişdi. Səhmdar cəmiyyətin hazırda nizamnamə kapitalı 28,45 mln. manatdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər