20 C
Baku
Friday, September 20, 2024

McDonald’s Çindəki biznesini 2,08 milyard dollara satır

McDonald’s restoranlar şəbəkəsi Çin və Honqkonqdakı biznesinin 80%-ni Citic Capital investisiya fonduna satacaq. Citic Capital ölkə rəhbərliyi, həmçinin Amerikanın The Carlyle Group şirkəti tərəfindən idarə olunur.

Müqavilənin dəyəri 2,08 milyard dollar təşkil edəcək. Citic Capital bu biznesdən 52, The Carlyle Group şirkəti isə 28% əldə edəcək.

Accociated Press agentliyinin verdiyi məlumata görə, McDonald’s şirkətinin öz biznesini satmasının səbəbi regiondakı fəaliyyətini optimallaşdırmaqdır.

Qeyd edək ki, 2016-cı ilin mart ayında McDonald’s şirkəti növbəti 5 il ərzində Çin, Honqkonq, Cənubi Koreyada 1500-dən çox restoran açmaq niyyətində olduğunu bildirmişdi. Hazırda isə qeyd edilən istiqamətlərdə şəbəkənin 2200 müəssisəsi açılıb.

Son xəbərlər
Digər xəbərlər