14 C
Baku
Friday, November 22, 2024

McDonald`s çoxsaylı səhvlərə görə AI layihəsini bağlayır

McDonald’s qida zənciri neyron şəbəkənin tez-tez səhvlərə yol verməsi səbəbindən sifarişlərin qəbulu üçün süni intellektin tətbiqi üzrə işi dayandırmaq qərarına gəlib. Bu barədə “The New York Post” şirkət daxilindəki mənbələrə istinadən məlumat yayıb.

Pilot layihə IBM ilə birgə zəncirin 100-dən çox restoranında həyata keçirilib; sınaq mərhələsi iki il davam edib. McDonald’s restoranlarda əməliyyatları sadələşdirmək və süni intellektdən istifadə edərək müştərilərə xidmət prosesini sürətləndirmək istəyirdi, lakin sınaqlar zamanı nöqsanlar, o cümlədən səhv sifarişlə bağlı çatışmazlıqlar aşkar edilib.

Bununla belə, McDonald’s sifariş proseslərini avtomatlaşdırmaq üçün öz sistemlərində süni intellekt tətbiq etmək cəhdindən əl çəkmir, lakin indi bunun üçün yeni tərəfdaş axtarır.

Son xəbərlər
Digər xəbərlər