8 C
Baku
Saturday, January 11, 2025

McDonald’s daşınmaz əmlakdır, fastfud deyil

McDonald’s əvvəllər (hələ bu adın və şan-şöhrətin olmadığı vaxtlarda) Kaliforniya ştatının San Bernardo şəhərində xüsusi heç nə ilə diqqət çəkməyən adi bir restoran idi, bu təxminən 40-cı illərə təsadüf edir. Restoran öz sahibləri Makdonald qardaşlarına təqribənildə 200 min dollar qazandırırdı, bu onlar kifayət qədər qane edirdi. Lakin müəyyən bir andan sonra ölkədəki iqtisadi vəziyyət pisləşməyə doğru dəyişdi. Bu zaman artıq müəyyən bir tədbir görmək lazım idi. Makdonaldlar restoranın bütün xidmət sistemini tamamı ilə dəyişdilər, son nəticədə bu inqilabı bir dəyişiklik oldu. Dəyişikliyin mahiyyəti onda idi ki, onlar restoranı demək olar ki, özünəxidmət sisteminə çevirdilər. Ziyarətçilər öz sifarişlərini metal söykənəcəyin yanında alır, daha sonra isə əyləşmək üçün özlərinə yer axtarmalı olurdular. 

Bundan əlavə Makdonaldlar öz restoranlarının əvvəlki menyularının böyük bir hissəsində imtina etdilər, yeni menyuda yalnız doqquz adda yemək qalmışdı: qamburqer, çizburqer, üç növ spirtsiz içki, süd, qəhvə, perajki və çipslər. Amma çox qısa bir müddətdə onuncu yemək, yəni bu gün hamının fri kartof kimi tanıdığı qızardılmış kartof da peyda oldu. Bundan əlavə Makdonaldlar mətbəxdə də dəyişiklik etdilər, onlar mətbəxi kütləvi xidmətə uyğunlaşdırdılar. Onların mətbəxinin sürəti hər hansı bir maşınqayırma zavodunun sürətinə bənzəyirdi. Yeni xidmət sistemi sayəsində Makdonaldlar məsrəfləri ciddi şəkildə azaldaraq, qamburqerlərin qiymətini 30 sentdən 15-sentə qədər azalda bildilər. Bu San-Bernardodakı bütün rəqiblərə endirilmiş çox güclü zərbə oldu.

50-ci illərin ortalarında restoran artıq öz sahiblərinə ildə 250 min dollar qazandırırdı, bu onların rekonstruksiyadan əvvəl qazandıqları məbləğdən təqribən 2 dəfə çox idi. Onlar bütün Kaliforniyada özlərindən söz etdirməyi bacarmışdılar. Məşhur American Restaurant Magazine jurnalı hətta onların xidmət sistemi barədə məqalə də dərc etmişdir. Amma düzünə qalsa, Makdonaldların özləri çox tənbəl idilər və biznesə qarşı elə də böyük maraq nümayiş etdirmirdilər. Ona görə də öz işlərini genişləndirməyə can atmırdılar. Amma hər şey Rey Krokun bu restoran ilə maraqlanması nəticəsində dəyişdi. Həmin andan sonra hadisələr başqa axarla inkişaf etməyə başladı.

O, uğursuz insan kimi ölmək istəmirdi

Rey Rok əsl xəyalpərəst insandır, o 15 yaşında ikən məktəbi atmışdır ki, yumor ustası olsun. Uzun müddət ərzində o, «Lili Kap Kompani»-də çalışmış, burada restoranlar üçün kağız stəkanlar satmışdır. Bu iş onu çox gəzib-dolaşmağa məcbur edir və o daima yeni imkanlar axtarırdı. Bundan əlavə Rey bir neçə də öz biznesini də qurmağa cəhd etmiş, təəssüf ki, onun bu istəkləri uğursuzluq ilə bitmişdi. Krokun son işlərindən biri isə çox funksiyalı mikserlərin satışı idi. Əvvəlcə hər şey yaxşı gedirdi, sonra isə bazarda daha müasir avadanlıq təklif edən rəqib peyda olur və onun şirkəti iflasa uğrayır. Krok bir neçə saat ərzində bütün əməkdaşları işdən xaric etmək məcburiyyətində qalır. Bu zaman Reyin 52-yaşı var idi, lakin o təqaüd haqqında düşünmək əvəzinə özünə yeni iş sahəsi axtarmağa başlayır. Düzdür onun biznesə böyük həvəsi və marağı var idi və o bu, işlə məşğul olmağı sevirdi, amma məsələ təkcə bunda deyildi. Sonuncu uğursuzluqdan sonra o müflisliyin bir addımlığında idi və vəziyyəti necəsə xilas etmək tələb olunurdu.

Makdonaldlar Krokun multi-mikserlərinin alıcılar idi. Məhz buna görə də onun yolu bu restorana düşmüşdü. Ziyarətçilərdən ibarət iri bir növbənin dəmir masa arxasında dayanıb öz sifarişi gözləməsini görəndə o başa düşdü ki, «belə bir sistem hər yerdə işləyəcək!». Hər şeydən öncə isə, adi fastfudlar ilə müqayisədə burada bir qamburqerin qiymətinin 15 sentə təklif edilməsi onu heyrətləndirdi.

Daha sonra isə o adi sürətli, ayaqüstü qidalanma restoranın görünməmiş miqdarda, ildə 300 min dollar gəlir qazanmasını eşitdi.
Makdonaldlar restoranı genişləndirməyin əleyhinə deyildilər, lakin onlar bununla özləri məşğul olmaq istəmirdilər. Ona görə də necə deyirlər, Krok lazımı anda, lazımı yerdə meydana çıxmışdı. Beləliklə 1955-ci ilin martın 2-də «Makdonalds Sistem İnk»in françayzinq kompaniyası açıldı. Kompaniya hər bir franşizanı 20 il müddətinə 950 dollara satmaq niyyətində idi. Bundan əlavə restoranlar öz aylıq gəlirlərinin 1,9%-ni kompaniyaya ödəməli idilər. Müqaviləyə əsasən gəlirin 1,4%-i bütün işlər ilə məşğul olan Kroka, 0,5%-i isə ideya müəllifi olan Makdonald qardaşlarına çatmalı idi, çünki bu sistemi onlar düşünmüşdü. Amma françayzinq gəldikdə Makdonaldlar bu işdə heç də pioner deyildilər.

mmmiki

Françayzinqin banisi kimi bir qayda olaraq Almaniya tikiş maşın istehsalçısı olan Zinqer şirkəti hesab olunur. McDonald’s-un yarandığı vaxtlarda bu üsul kompaniya idarəsi ABŞ-da geniş yayılmışdı. Ona görə də Krokun təzə Amerika kəşf etdiyini demək olmaz. Amma McDonald’s-ın sistemi daha təkmil idi. İlk növbədə franşizalar ancaq yaxşı restoranlara satılırdı. Krok öz brendini heç də kimə gəldi etibar etmək fikrində deyildi. Bundan əlavə franşizalar bütöv ərazilərə görə deyil, hər bir restoran üçün ayrılıqda satılırdı. Həmin dövrdə əksər şirkətlər bütün bir ştat üçün olan franşizaları almaqda və ya satmaqda maraqlı idilər. Krok isə ani gəlirlərə məhəl qoymadan, uzunmüddətli perspektivlər üçün çalışırdı.

Düzdür uğura nail olmaq heç də asan olmadı. İri oyunçular McDonald’s ilə əməkdaşlıq etmək istəmirdi, çünki onlar ayrıca bir dükan üçün deyil, eyni zamanda bütün ştatlar üzrə franşiza almaq istəyirdilər. Xırda biznesmenlər isə lisenziyanın yalnız 20 il müddətinə verilməsindən ehtiyat edirdilər. Bəs sonra nə olacaqdı? Mənim biznesimi əlimdən almayacaqlar? Bundan əlavə Rey Rok hər bir restoranın işinə ciddi nəzarət edirdi ki, onlar brendin adına uyğun fəaliyyət göstərsinlər. Çoxlarının narazılığına səbəb olan daha bir maraqlı faktor idi ki, ikinci restoran açmaq üçün mütləq franşiza sahibi birinci restoranda özünü sübut etməli, uğurlu nəticə göstərməli idi.

İlk il ərzində Rey cəmi 18 franşiza sata bilmişdi. Onların böyük bir hissəsini kontrol etmək qeyri mümkün oldu, bəzi restoranların menyularında hot-doq və pizza kimi yeməklər peyda olurdu. Xidmət isə yaxşı səviyyədə deyildi. Bu zaman Krok vəziyyəti dəyişmək üçün heç nə edə bilmirdi, çünki franşiza sahibləri restoranı özününkü hesab edirdilər. Tezliklə Krokun franşizalarından birini 46 yaşlı jurnalist Senford Aqate alır, o bütün ömrü boyu cəmi 25 min dollar yığa bilmişdi və indi öz biznesinin olmasını arzu edirdi. Bu kompaniyanın tarixində həll edici rol oynadı. 1957-ci ildə, restoranın açılmasından cəmi iki il sonra, onun gəlirləri o qədər artdı ki, o hətta özünə iri bir ev də ala bildi. Indi o, hətta Krokun özündən də çox qazanırdı. Bundan sonra bütün həyatı boyu öz biznesinin olmasını arzu etmiş insanlar McDonald’s-a üz tutmağa başladılar. Onlar bunda məhz öz vəziyyətlərini dəyişmək üçün şans görürdülər. Kim bilir Aqatenin müvəffəqiyyəti olmasaydı McDonald’s-ın taleyi indi necə olardı?

mc3

Biz daha çox daşınmaz əmlakla məşğul oluruq  

1961-ci ildə Rey Krok markaya olan hüququ qardaşlardan almaq qərarına gəlir. Onlar bu təklifə çox sevinirlər, çünki McDonald’s-ın gələcək taleyi ilə bağlı proseslərə qoşulmaq onları maraqlandırmır.

Onlar Kroku 2,7 dollar müqabilində tam hərəkət azadlığı verməyə razı idilər. Problem onda idi ki, Reydə bu qədər pul yox idi. Həmin üçün bütün 224 restoranın toplam gəliri75 milyon dollar təşkil edirdi, bundan Krokun kompaniyasına cəmi 77 min dollar gəlib çatırdı. Hələ onu nəzərə almaq lazımdır ki, kompaniyanın bu ana 5 milyon dollara yaxın borcu var idi. Hansı isə yolla kredit almaq lazım idi. Banklar dərhal ona etiraz cavabıverdilər, Krokun pis reputasiyasından əlavə onlar, fastfudu həddindən artıq riskli bir sahə hesab edirdilər. Onda Rey Krok kompaniyanın aparıcı maliyyəçisi Qarri Zonnenborn ilə birlikdə ABŞ-ın aparıcı universitetlərinə müraciət etmək qərarına gəlirlər, ki kredit ala bilsinlər. Əvvəlcə ilkin razılaşma əldə olunur, sonra nə baş verirsə, gözlənilmədən imtina cavabı gəlir. Zonnenborn, yuxu yatmamış, üzünü qırxmamış, səhər tezdən təcili şəkildə Nyu-Yorka yola düşməli olur ki, bu imtinanın səbəbini müəyyənləşdirsin və bu qərar ilə bağlı universitetlərin təmsilçiləri ilə danışıqlar aparsın. Kreditorlar fikirlərini kifayət qədər aydın izah edir. «Fastfud etibarlı biznes deyil». Məhz bundan sonra Zonnenbornun məşhur, əfsanəvi frazası eşidilir: Biz.. eee… düzünə qalsa biz daha çox daşınmaz əmlakla məşğuluq». Bunun ardınca isə o, McDonald’s biznesinin mahiyyətini açıqlayaraq, izah edir.

Məsələ onda idi ki, McDonald’s asta-asta, amma düzgün şəkildə restoranlar ilə bilikdə onların yerləşdiyi ərazidəki torpağı da almağa çalışırdı. Ilk öncə McDonald’s həmin torpaqları 20 illik sabit qiyməyə icarəyə götürürdü. Bununla yanaşı, McDonald’s-ın torpaq icarəsi üçün təqdim etdiyi aylıq ödənişlər, onun ən başlıca rəqibləri olan yanacaq doldurma məntəqələrinin tətbiq etdiyi qiymətdən üçdə bir dəfə daha çox idi.

miki%20donald

Kompaniyanın torpaq sahibləri ilə imzaladığı müqavilə də olduqca maraqlı idi. Bu müqaviləyə görə McDonald’s hər ay onlara 700 dollar ödəyirdi ki, bu da həmin müddət üçün olduqca çox idi. Amma müqavilə 20 il müddətinə, dəyişməz sabit qiymətə bağlanılırdı. Bu da sahibləri o duruma salır ki, artıq 60-cı illərdə 700 dollar belə bir torpaq sahəsi üçün sadəcə qəpik-quruşdan başqa bir şey olmur. Maraqlıdır ki, torpağa görə pulu McDonald’s özü deyil, torpaqda restoranı işlədəcək adam, yəni franşiza sahibi ödəyir. Ilk əvvəl, o ayda 1000 dollar ödəməli idi, biznes inkişaf edəndən sonra isə gəlirdən faiz. Bununla yanaşı McDonald’s-dan franşiza alan hər bir kəs 10 min dollar depozit qoymalı idi. 10 ildən sonra ona məbləğin birinci yarısı, 20 ildən sonra ikinci yarısı da qaytarılırdı. Məhz bu 10 min dolları McDonald’s torpağa görə ilkin ödəniş kimi verirdi.

Çox tezliklə Krok və Zonnenbernin birgə səyləri nəticəsində ərsəyə gəlmiş Franşiza İstqeyt kompaniyasının aktivlərini dəyəri 16 milyon dollara çatır. Növbəti addım banklardan kredit almaq idi. Heç də asan tapşırıq deyildi, çünki McDonald’s-ın işləri hələ də qədər yaxşı, lazım odluğu səviyy\ də getmirdi. Zonnenbernin fikrincə bankların əsas problemi o idi ki, onlar işləri yaxşı gedən kompaniyalara çox rahatlıqla pul verirdi, amma təcili pul lazım olan kompaniyalara isə imtina cavabı verir, onlara heç nə ilə kömək etmək istəmirlər.

McDonald’s qısa müddətdə uğurlu və gəlirli kompaniya imici yaratmalı idi. Bu qeyri adi vəzifənin öhdəsindən isə mühasib Riçard Cey Boylan gəlir. O kompaniyanın hesabatlarında bir neçə dəyişiklik aparır. Ilk öncə əgər McDonald’s binaları kirayə verirsə, demək onlar balansa aktiv qismində daxil etmək olar (əslində həmin dövrdə onlar McDonald’s-un mülkiyyətində deyildilər). Bundan əlavə daşınmaz əmlakın qiyməti həmişə dayanmadan artıq. Deməli bu artımı gəlir xanasına yazmaq olar. Qeyd etmək lazımdır ki, heç bir fırıldaq və kələk yox idi, çünki mühasib olmaq ilə yanaşı, həm də hüquqşünas olan Riçard Cey Boylan hər şeyi qeydlərdə göstərmişdir. Amma kimdir bu qeydlərə baxan. Beləliklə McDonald’s banklardan pul ala bilir.

1961-ci ildə Makdonald qardaşları 2,7 milyon dollar, Rey Krok isə öz gələcək inkişafında tam hərəkət azadlığı əldə edir. Zonnenborn maliyyə məsələlərini həll etdiyi müddətdə, Krok restoranlar ilə məşğul olur. O, öz əməkdaşlarına gözəl örnək və nümunə olur. Harada görünüb ki, kompaniyanın rəhbəri restoranda masaların üstünü yığışdırar? Məhz həmin ilə bu gün çox məşhur olan Qamburqer Universiteti açılır.

ma

İnkişafa gedən yol

Kompaniyanın qaynar inkişaf mərhələsi başlayır. Artıq 1963-cü ildə McDonald’s-dan gündəlik olaraq 1 milyona yaxın qamburqer alırdılar. Iki il sonra isə onlar artıq milyardıncı qamburqeri satmışdılar. Bu hadisə hətta televizor vasitəsi ilə canlı yayımda verilirdi. Bundan sonra McDonald’s təşkilatı ictimai bir kompaniyaya çevrilir. Onlar bazara səhmlərini 22,5 dollara çıxarır, lain cəmi bir neçə həftədən sonra səhmlərin qiyməti bir ədədi 44 dollara qədər yüksəlir. 10 il ərzində demək olar ki, normal əməkhaqqı almadan fəaliyyət göstərən və buna görə asket həyat tərzi sürməli olan Rey Krok bir neçə saatın içində milyonçuya çevrilir. Ümumilikdə həmin anda Krokun əlində olan səhmlərinin dəyəri 37 milyon dollar qiymətləndirilir. 1966-cı ildə McDonald’s səhmləri ilk dəfə Nyu-York birjasında peyda olur, həmin vaxta qədər hələ heç bir fastfud səhmləri belə bir mötəbər fondda satılmamışdı. Həmin ildə ilk dəfə olaraq McDonald’s qamburqerlərinin qiyməti 15 sentdən 18 sentə qalxır. Bundan əlavə kompaniyanın mininci restoranı İllinoys ştatında açılır. Cəmi dörd ildən sonra kompaniyanın restoranlarının sayı 16 minə çatmışdı. Onların əksəriyyəti ABŞ-ın sərhədləri xaricində fəaliyyət göstərirdi.

1975-ci ildə kompaniyanın həyatında vacib bir hadisə baş verdi. Bu zaman ilk МакАvto restoranı açıldı. Indi ABŞ-da yerləşən McDonald’s restoranlarının dövriyyəsinin yarıdan çoxu məhz belə avro restoranların payına düşür. Amma digər ölkələrdə belə xidmət növü özünə heç də xüsusi yer edə bilməmişdir. Həmin zaman kompaniyanın artıq 20 ölkədə restoranları var idi, onun dövriyyəsi isə 2,5 milyard dollar təşkil edirdi.

1984-cü ildə Rey Krok vəfat etdi. 52 illik ömrü ərzində heç bir normal kapital yığımı ilə öyünə bilməyən insan McDonald’s ilə 30 illik fəaliyyəti ərzində 600 milyon dollara pul qazanan bildi. Onun vəfat etdiyi ildə kompaniyanın dünyanın 30 ölkəsində 8 mindən artıq restoranı var idi. Elə bir vaxt yetişmişdi ki, hər 17 saatdan bir yeni bir McDonald’s restoranı açılırdı.

Qeyd etmək lazımdır ki, kompaniyanın xaricə ekspansiyası hələ 67-ci ildə başlamışdır, bu zaman ilk McDonald’s Kanadada açılmışdır. McDonald’s üçün ölkə sərhədləri kənarında fəaliyyətin ən vacib tərəfi onda idi, onlar özlərinə yaxşı tərəfdaş tapa bilsinlər. Kompaniya onlar üçün də ölkə daxilində tətbiq etdikləri modeli təklif etmək qərarına gəldilər. Amma eyni zamanda hər bir ölkədəki McDonald’s yerli adətlərə uyğunlaşdırılmalı idi. Məsələn, Hindistanda Biq-Mak Maxaraci Mak adını almışdı və qoyun ətindən hazırlanırdı. İsraildə McDonald’s-ın çeşidləri içərisindən süd tamamı ilə çıxarılmışdı və restoranlar Şənbə günü işləmirdi, Kanadada isə menyuya pizza da daxil edilmişdi.

mi

Yekunda onu demək olar ki, McDonald’s bütün dünya üzrə ən böyük restoran şəbəkələrindən biridir. Bütün dünya üzrə kompaniyada 4450 mindən artıq insan çalışır, ötən il ərzində onların gəliri 20 milyard dollardan çox olmuşdur. McDonald’s fəal sürətdə xeyriyyəçilik ilə məşğul olur və cəmiyyətin həyatının daha da yaxşılaşmasına xidmət edirdi. Rey Krokun hər şeydən öncə müştərilərin qeydinə qalan bir kompaniya yaratmaq istəyi yerinə yetmişdir. McDonald’s indi məhz belə bir şirkətdir.

 

Son xəbərlər
Digər xəbərlər