6 C
Baku
Sunday, December 15, 2024

“McDonald’s” Fransada kran suyunu 2.30 avroya satır

Fransa “McDonald’s”ın yeni bir məhsul – bir stəkan su təqdim etdiyi dünyanın ilk ölkəsi olub.

Banker.az xəbər verir ki, restoran şəbəkəsi “Danone” ilə uzunmüddətli əməkdaşlıqdan imtina etmək qərarına gəlib. Bundan sonra su yalnız karton qablarda satılacaq, 1.70 avro (250 ml) və 2.30 avro (400 ml) qiymətinə olacaq.

“Plastik butulkaların sayının artmasının qarşısını almaq – şirkətimiz üçün əsas prioritetlərdən biridir. Orta hesabla Fransadakı “McDonald’s” 75 milyon butulka satılır. Bu, 1000 tondan çox plastik tullantıların qarşısını alacaq”, – deyə şirkətin açıqlamasında göstərilir.

Lakin, verilən məlumata görə, restoranlar şəbəkəsi mineral su almaq əvəzinə, onu krandan doldurur və bir neçə dəfə filtrdən keçirir. Bu barədə şəbəkənin menecerlərindən biri bildirib.

Və bu hal Paris merinin müavini və şəhərin su təchizatının rəhbəri Dan Lerin narazılığına səbəb olub. O qeyd edib ki, Parisdə bir litr suyun dəyəri 0.003 avrodur, “McDonald’s” isə eyni suyu 7 avroya satır. “Hesablamalar ürəkaçan deyil”, – deyə cənab Ler yazıb.

Nəticədə “McDonald’s”ın plastik qablarla mübarizə aparması böyük qalmaqala çevrilə bilər, çünki bir vaxtlar eyni problemlə “Coca-Cola” da üzləşib.

Son xəbərlər
Digər xəbərlər