McDonald’s Hollandiyanın Utrext və Leyden şəhərlərində şəkilsiz, lakin fri kartof qoxulu reklam lövhələri quraşdırıb. Onlardan beş metr aralıda yoldan keçənlər şəbəkənin restoranlarında bişirilən kartof qızartmasının iyini hiss edirlər.
Reklam lövhələri McDonald’s-a 200 metr məsafədə yerləşdirilib. Onların içərisində yeməklər olan bir bölmə də var.
“McDonald’s vizual fərqliliyi ilə tanınır. Ancaq sübut edilmişdir ki, qoxular şəkillə müqayisədə daha dərin emosional xatirə yaradır. Beləliklə, insanlara McDonald’s-da yaxşı vaxt keçirdiklərini xatırlatmaq üçün yeni bir üsul test etmək qərarına gəldik”, – şirkət vurğulayıb.