26 C
Baku
Saturday, July 27, 2024

McDonald’s-ın Avropada “Big Mac” əmtəə nişanı hüququndan məhrum edildi

Amerikanın McDonald’s fast-food şəbəkəsi, “Big Mac” eksklüziv əmtəə nişanı hüquqdan məhrum edilmişdir. Qərar Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsi (EUIPO) tərəfindən qəbul edilib.

Banker.az bu barədə “The Irish Times” istinadən xəbər verir.

Məhkəmə prosesi 2015-ci ildə İrlandiyanın Supermac fast-food şəbəkəsinin Aİ bazarına girəndən sonra başlamışdır. McDonald’s əməkdaşları rəqiblərinə maneə törətməyə qərar verərək, məhkəməyə müraciət ediblər. Amerika şəbəkəsi İrlandiya restoranının adının Big Mac burgerinə bənzərliyini sübut edə bilmişdir.

Supermac şirkətinin nümayəndələri bildiriblər ki, amerikan şirkətinin əmtəə nişanlarını qeydiyyatdan keçirir, lakin istifadə etmir və “gələcək rəqiblərlə qarşı müharibə üçün ” saxlayırlar.

EUIPO, işi yenidən nəzərdən keçirərək irlandiyalı şəbəkəyə tərəf olmuşdur. Supermac artıq Avropa bazarına daxil ola bilər. Bundan əlavə, qərar, İrlandiya şəbəkəsinin hər hansı bir məhsulu üzrə Big Mac əmtəə nişanından istifadə edə biləcəyini bildirir.

 “Big Mac” əmtəə nişanı 1996-cı ildə Aİ-da istifadə üçün McDonald’s tərəfindən təqdim edilib. EUIPO bu qərarı ləğv edib. Amerika şəbəkəsi bu qərara etiraz etmək niyyətindədir.

Sentyabr ayında McDonald’s, öz məhsullarının istehsalında konservantlardan, aromatizatorlardan və boyadan istifadə etməyəcəyinə dair qərar verib.

Son xəbərlər
Digər xəbərlər