26 C
Baku
Wednesday, April 24, 2024

McDonald’s-ın rəhbəri vəzifəsini tərk edir

Endrü Mak Kenna 12 il ərzində McDonald’s şirkətinin direktorlar  şurasının sədri olduqdan sonra öz postunu tərk edib. Bu barədə fast food şirkətinin mətbuat xidmətindən bildirilib.

86 yaşlı Mak Kenna növbəti seçimlərə qatılmaqdan imtina edib. O, ümumilikdə 25 il bu şirkətdə çalışıb.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, Mak Kenna təqaüdə çıxdıqdan sonra şirkətin fəxri sədri təyin ediləcək və onun yerinə mayın 26-da yeni direktorlar şurasının sədri seçiləcək.

“Endrü direktor işlədiyi müddət ərzində şirkətə uğurlar qazandırıb və ən çətin zamanlarda onu “ayağa qaldırıb””, – deyə  şuranın idarə edilməsi üzrə komitə sədri Maylz Uayt bildirib və xidmətlərinə görə Mak Kennaya öz təşəkkürünü bildirib.

“Bloomberg”in məlumatına görə,  Mak Kennanın 1991-ci ildən McDonald’s-ı idarə etməsindən sonra şirkət beynəlxalq bazara çıxıb. 1992- ci ildə öz Moskva filialını açan McDonald’s hazırda dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir.

 

McDonald’s-ın Bakıda açılan ilk filialı
McDonald’s-ın Bakıda açılan ilk filialı |ANS PRESS-dən

Azərbaycanda ilk McDonald’s restoranı 1999-cu il noyabrın 6-da fəaliyyətə başlayıb.

-ANS PRESS

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər