McDonald‘s-ın Rusiyadakı restoran şəbəkəsinin sahibi şirkətin yeni loqosunu qeydiyyatdan keçirib, Banker.az bu barədə xarici medaiaya istinadən xəbər verir.
Müəyyən edildiyi kimi, yeni loqo restoranın əsas simvollarını təsvir edəcək: iki çubuq sarı kartof və bir burger. Mətbuat xidmətindən əlavə ediblər ki, loqo yaşıl fonda yerləşir və bu, qonaqların adət etdiyi məhsulların və xidmətin keyfiyyətini simvolizə edir.
Qeyd edək ki, McDonald’s-ın Rusiyada hansı adla fəaliyyət göstərəcəyi hələ müəyyən edilməyib.