10 C
Baku
Thursday, December 12, 2024

McDonald’s işçiləri ABŞ-ın 15 şəhərində tətil etməyi planlaşdırırlar

McDonald’s işçiləri minimum əmək haqqını saatda 15 dollara qaldırmaq üçün 19 may tarixində ABŞ-ın 15 şəhərində tətil edəcəklər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bildirildiyi kimi, etiraz aksiyası McDonald’s-un səhmdarlar toplantısından bir gün əvvəl keçiriləcək.

“Heç bir işçi Konqresin minimum əmək haqqını ədalətli səviyyəyə qaldırmasını gözləməməlidir”, – deyə mesajda bildirilir. Eyni zamanda 2020-ci ildə tənəzzül fonunda McDonald’s-un təxminən 5 milyard dollar mənfəət əldə etdiyi və səhmdarlara milyardlarla dividend ödədiyi qeyd edilir. Tətillər Los-Anceles, Mayami, Orlando, Detroyt və Çikaqo da daxil olmaqla 15 şəhərdə keçiriləcək.

McDonald’s nümayəndəsi minimum əmək haqqının qaldırılmasının yerli hakimiyyət orqanlarından asılı olduğunu vurğulayıb. Bununla yanaşı, o, şirkətin işçilərinin ehtiyaclarını qarşılayacaq dəyişikliklərlə bağlı dialoqa hazır olduğunu qeyd edib.

Son xəbərlər
Digər xəbərlər