McDonald’s-ın Yaponiya bölməsi qızardılmış kartof ətirli parfüm yaratdığını elan edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Parfüm üç versiyada buraxılacaq: 1) klassik kartof ətirli; 2) dəniz yosunu və kartof ətirli; 3) sarımsaq, qara istiot və kartof ətirli.
Xatırladaq ki, 2022-ci ildə oxşar ətir ABŞ-ın Aydaho ştatında Sevgililər Günü münasibətilə buraxılmışdı.