ABŞ-da fast food şəbəkələri “McDonald’s” və “Wendy’s”ə məhkəmədə iddia qaldırılıb. İddiada deyilir ki, “McDonald’s” və “Wendy’s”də satılan burgerlər reklamda göstərdiklərindən 15% daha kiçikdir. Beləliklə, hər iki şirkət müştəriləri çaşdırmaqda ittiham olunur.
Banker.az BBC-yə istinadən xəbər verir ki, Nyu-Yorkda bir müştəri iki fast food şəbəkəsini məhkəməyə verib. Hər iki şirkət məhkəmədə haqsızlıq və aldatma ilə bağlı ittihamlarla üzləşib.
Müştəri həm özü, həm də aldadıldığını düşünən digər müştərilər üçün $50 mln. təzminat tələb edib.
“McDonald’s” və “Wendy’s” bu işə hələ də münasibət bildirməyib.