23 C
Baku
Friday, April 26, 2024

“McDonald’s” prezidenti öz vəzifəsini tərk edib

“McDonald’s” şirkətinin prezidenti Stiv İsterbruk tabeliyindəki işçilərdən biri ilə sevgi münasibətlərinə görə restoranlar şəbəkəsinin baş direktoru vəzifəsindən gedib.

Report agentliyi xəbər verir ki, bu barədə “McDonald’s”ın saytında yerləşdirilmiş xəbərdə deyilir.

Qeyd edilir ki, həmin vəzifədə onu Kris Kempjinski əvəz edib.

“McDonald’s” korporasiyası bu gün elan edib ki, onun direktorlar şurası Kris Kempjinskini prezident və baş icraçı direktor təyin edib. Qərar dərhal qüvvəyə minir”, deyə – xəbərdə bildirilir.

Məlumatda qeyd edilir ki, İsterburqun istefasına şirkətin əməkdaşı ilə bağlı korporativ əxlaqın pozulması səbəb olub.

“McDonald’s” restoranlar şəbəkələri Amerikanın dünyada ən iri korporasiyalarından biridir. Onun əsası 1940-cı ildə San-Bernardinoda (Kaliforniya ştatı) qoyulub. Hazırda şirkətin qərargahı Çikaqoda (İllinoys ştatı) yerləşir. Şirkət in dünyanın 100-dən çox ölkəsində 38 mindən çox restoranı var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər