3 C
Baku
Saturday, December 14, 2024

“McDonald’s” Rusiyada 850 restoranın bağlanmasının ona neçəyə başa gəldiyini açıqladı

“McDonald’s” restoranlar şəbəkəsi Rusiyada 850 müəssisənin bağlanmasının ona ayda təxminən 50 milyon dollara başa gəldiyini açıqlayıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Bu, bizim kimi qlobal korporasiya üçün həqiqətən mürəkkəb və çaşqın bir vəziyyətdir”, – deyə şirkətin maliyyə direktoru Kevin Ozan söyləyib. O vurğulayıb ki, “McDonald’s” Rusiyadakı işçilərinə maaş verməyə davam edəcək.

Xatırladaq ki, martın 8-i baş direktor Kris Kempçinski Rusiyada 850 müəssisənin müvəqqəti bağlandığını elan etmişdi. Qərar Ukraynada hərbi əməliyyatla əlaqədar qəbul edilmişdi. Şirkət restoranlarının nə qədər müddətə bağlandığını açıqlamır.

Son xəbərlər
Digər xəbərlər