“McDonald’s” Rusiyadakı restoranlarını müvəqqəti olaraq bağladığını açıqlayıb.
Banker.az “VC.ru”ya istinadən xəbər verir ki, şirkət Rusiyadakı 62 min işçisinin maaşını ödəməyə davam edəcəyinə söz verib. Qeyd edək ki, Ukraynada da 100-ə yaxın restoran bağlanıb.
Rusiya və Ukraynada “McDonald’s” restoranlar şəbəkəsinin cəmi 2%-i yerləşir. Onlar qlobal gəlirin təxminən 9%-ni təşkil edir, çünki satış məntəqələrinin əksəriyyəti birbaşa şirkətə məxsusdur.
“KFC”nin sahibi olan “Yum!” şirkəti restoranların bağlanması haqqında heç bir məlumat verməsə də, Rusiyaya investisiyaları dayandırdığını bildirib.