15 C
Baku
Friday, March 29, 2024

McDonalds sendviçlərə bağlı valyuta buraxacaq

2 avqust Cümə axşamı günü MacDonaldsın məşhur Big Mac sendviçinin 50 yaşı tamam olacaq. Bu hadisə şərəfinə şirkət MacCoin adlı öz pul vahidinin buraxacağını elan edib.

McDonalds Big Mac sendviçiylə birgə beynəlxalq MacCoin valyutasını təqdim edib.Bildirilir ki, bu il avqustun 2-dən, fast food müəssisələrindən bir Big Mac sendviç alan bütün qonaqlar, yeni valyutadan əldə edə biləcəklər. MacCoin McDonaldsın ABŞ ərazisində ki 14 min kafesində və həmçinin dünya üzrə minlərlə restoran zencirlərində mövcud olacaq.

Cümə günü avqustun 3-dən başlayaraq 2018-ci ilin sonuna qədər, müştərilər ABŞ,Çin, Yunanıstan və Peru, o cümlədən 50-dən çox digər ölkələrdə yerləşən McDonalds şəbəkələrində müştərilər MacCoindən istifadə edərək  Big Mac  sendviçini ala biləcəklər.

Bu xatirə sikkələrinin  hər biri Big Mac-in ayrı bir ilinə həsr olunmuş beş nadir dizaynda təqdim ediləcək. Məsələn, «gülün uşaqları»  70-ci illəri,  pop-artlar isə 80-ci illəri xatırladacaq. Cəsarətli  mücərrəd xətləri 90-cı illəri, ərkən 2000-ci illər isə əsrin sürətlə inkişaf edən texnologiyalarıyla eks olunacaq.

 

Son xəbərlər
Digər xəbərlər