McDonald’s şirkəti Fransada özünün və əsas rəqibi olan Burger King üçün avtomobil istifadəçisi olan müştəriləri üçün restoranların olduğu nöqtələrin fərqini nümayiş etdirən bilbordlar yerləşdirir. Beləliklə, ilk plakatda McDonald’s şirkətinin loqotipi və ən yaxın xidmət məntəqəsinin 5 km-lik məsafədə yerləşdiyi təsvir olunub. İkinci reklam lövhəsində isə Burger King şirkətinin rəsmi nişanı, 258 km məsafə və ora necə gedib çıxmağın yolları təsvir olunub.
McDonald’s restoranlar şəbəkəsi bu addımla avtomobillə olan müştərilərə xidmət göstərilməsində öz üstünlüyünü nümayiş etdirmək istəyib. Qeyd edək ki, Fransada şirkətin belə bir xidmət göstərən mindən çox restoranı olduğu halda, Burger King-də bu göstərici 20-dən azdır.
Bilbordlar TBWA\Paris agentliyi tərəfindən yaradılıb və 6700 sakinə sahib Briud şəhərində yerləşdirilib. Şirkət digər bir reklam lövhəsi də hazırlamış və üzərində “Mindən çox Mcauto. McDonald’s sənə yaxındır” yazısı qeyd olunmuşdur.
2015-ci ilin avqust ayının sonlarında Burger King şirkəti The New York Times və The Chicago Tribune nəşrlərinin reklam səhifələrində McDonald’s şirkətinə müraciət ünvanlamış və “burger müharibəsini” dayandırmağı və hər iki şirkətin istehsal etdiyi “McWhopper”-dən əl çəkərək öz məhsulunu yaratmasını tələb etmişdi. Lakin McDonald’s şirkətinin icraçı direktoru bu müraciətə cavab verərək bildirmişdi ki, bu yaxşı ideya olsa da, bunun əvəzində daha böyük işlərlər məşğul olmaq olar. Məsələn, dünyanın qlobal problemlərinə diqqət ayırmaq.