11 C
Baku
Friday, October 25, 2024

“McDonalds”da istifadə olunan ətə antibiotik vurulmayacaq

ABŞ-ın “McDonald`s” korporasiyası bütün dünya üzrə menyularında tərkibində antibiotik olan ətdən imtina etmək istəyir.

Bu barədə korporasiyanın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, “McDonald`s” tezlikdə quş əti tədarükçülərini antibiotiklərdən istifadənin zəruri olmaması barədə məlumatlandıracaq.

“2018-ci ildən başlayaraq bütün dünyada broylerlərin yetişdirilməsi zamanı antibiotik vasitələrindən istifadəyə dair siyasətimizə yenilik edəcəyik. Bu tədbirlər Dünya Səhiyyə Təşkilatının insanın müalicəsi üçün yüksəkprioritetli fövqəladə vasitə kimi təsnifləşdirdiyi antibiotiklərdən (“HPCIA”) imtina edilməsi çərçivəsində görülür”, – deyə qida şəbəkəsinin açıqlamasında bildirilib.

Beləliklə, gələn ilin əvvəlindən Braziliya, Kanada, Yaponiya, Cənubi Koreya və Avropadakı restoranlar üçün broylerlərin yetişdirilməsi zamanı “HPCIA”-dən istifadə olunmayacaq. 2019-cu ilin sonuna doğru bu məhdudiyyətlər Rusiya və Avstraliya üçün də tətbiq olunacaq. 2027-ci ilin yanvar ayına qədər isə antibiotiklər şirkətin bütün dünya üzrə məhsullarından kənarlaşdırılacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər