Qısaca McKinsey 7S modeli barəsində

Tarixçəsi barədə, qısaca

Model bir qurumun mükəmməl fəaliyyəti üçün lazım olan meyarların axtarışı nəticəsində formalaşmağa başlamışdır (bu 2 professor tərəfindən aparılırdı). Həmin ərəfələrdə (1978-81) isə digər 2 professor dünyada uğurlu fəaliyyət göstərən Yaponiya sənayesinin yüksək nəticələrinin səbəblərini araşdırırdı. Sonradan bu 4 professorun qarşılıqlı müzakirələri McKinsey 7S modelini meydana gətirmişdir.

Model barədə, qısaca

– Bir qurumun effektiv və nəticədə uğurlu fəaliyyəti üçün 7 elementin eyni səviyyəyə gətirilməli və aparılmalı (icra edilməli) olduğunu fərz edir

– Tətbiq edildikdə qurumun müvəffəqiyyətini təmin edən 7 element arasında disbalansı asanlıqla görmək və onları aradan qaldırmaq mümkündür

– Qurumlarda mühüm strateji planlaşdırma aləti olaraq istifadə olunur

 7S (7 Element) barədə, qısaca

Elementlər: Struktur, Strategiya, Sistem, Daxili Dəyərlər, Bacarıq, Stil və Heyət

Bu elementlər özləri də sərt və yumşaq olaraq təsnifləşdirilir.

Sərt elementlər:

– Strategiya

– Struktur

– Sistemlər

Bu elementləri idarə etmək asandır və uğurlu olması menecmentdən (şəxslər və davranış) asılıdır.

 Yumşaq elementlər:

  • Daxili dəyərlər
  • Bacarıqlar
  • Stil
  • Heyət

Bu elementləri mütləq idarə etmək isə bir qədər çətin olur və uğurlu olması qurumun daxili mədəniyyətindən çox asılıdır.

Növbəti yazıda 7 elementin hər birinə təfərrüatlı olaraq toxunulacaqdır. 

HAŞİYƏ

“McKinsey nədir?

 McKinsey & Co. beynəlxalq məsləhət firmasıdır. Əsası 1926-cı ildə Çikaqo Universitetinin professoru James O. McKinsey tərəfindən qoyulmuşdur. Fəaliyyəti müxtəlif beynəlxalq təşkilatlar, dövlət qurumları və şirkətlər üçün menecment məsləhətlərini təqdim etməkdən ibarətdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər