12 C
Baku
Tuesday, November 19, 2024

“McKinsey” Rusiyadakı biznesini yerli tərəfdaşlara satır

“McKinsey & Company” Rusiyadakı biznesini yeri tərəfdaşlara satıb, müqavilənin məbləği açıqlanmır. Bildirilir ki, avqust ayında brend adını dəyişəcək. Mütəxəssislər hesab edirlər ki, şirkət rebrendinqlə əlaqədar müştərilərinin bir qismini itirəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Rusiyanın Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin məlumatına görə, “McKinsey”in yeni idarəçiləri baş direktor Yakov Serqiyenko (33%), Sergey Saborov, Yelena Kuznetsova, Tiqran Saakyan və Viktor Surkovdur – hər biri 16.75%.

Qeyd edək ki, “McKinsey & Company” Rusiya bazarına 30 il əvvəl daxil olub və əsasən strateji idarəetmə üzrə ixtisaslaşır. Fevral ayının sonunda şirkət Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb.

2022-ci ilin sonuna qədər “McKinsey”in Rusiyadakı ofisi 100-150 işçi işə götürmək niyyətindədir. İndi onların sayı 100-ə yaxındır, iki il ərzində şirkət işçilərin sayını iki dəfə artıraraq 200-ə çatdırmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər