11 C
Baku
Friday, November 15, 2024

“McLaren 765LT Spider” təkmilləşdirildi

Dəbdəbəli və ultramüasir avtomobillər də daxil olmaqla, təkmilləşdirmə üzrə ixtisaslaşan Almaniyanın “Novitec” studiyası daha bir superkarın yeni versiyasını təqdim edib.

Bu dəfə mütəxəssislər “McLaren 765LT Spider” üzərində öz məharətlərini göstəriblər.

Britaniya avtomobil istehsalçısının omsuzda unikal avtomobili daha mükəmməl yenilənmələr alıb. Superkar üçün hərtərəfli tüninq paketi hazırlanıb ki, bu da avtomobilin nəinki xarici görünüşünü yaxşılaşdırmağa, həm də texniki xüsusiyyətlərini artırmağa imkan verib.

Qeyd edə ki, avtomobilin yeni versiyası 855 at gücünə malilk V8 4.0 biturbo mühərriki və yenidən konfiqurasiya edilmiş 7 pilləli “robot”la təchiz edilib. Bu göstəricilərlə superkar yerindən ilk yüzədək cəmi 2,5 saniyəyə sürətlənir. Onun maksimal sürət isə saatda 330 kilometrə qədər yüksəlir.

Son xəbərlər
Digər xəbərlər