Müstəqil Dövlətlər Birliyi (MDB) 2023-cü ildə dəmir yolu ilə yükdaşımalarla bağlı tarif siyasətini qəbul edib.
Bu barədə Belarusun dövlət xəbər agentliyi Belarus Dəmir Yollarına istinadən məlumat yayıb.
Bildirilir ki, MDB ölkələrinin dəmir yolu administrasiyalarının tarif konfransında üzv dövlətlərin dəmir yollarının tarif siyasəti qəbul edilib: “Bununla 2023-cü fraxt ili üçün beynəlxalq daşımalarda yüklərin daşınması tarifləri müəyyən edilib”.
Məlumata görə, 2023-cü ildə tarif siyasəti ilə bağlı işlərin idarə edilməsi funksiyaları Qazaxıstanın dəmir yolu administrasiyasına həvalə olunub: “MDB-nin 2023-cü il üçün tarif siyasəti “Qazaxıstan Dəmir Yolları” (KTJ) və Belarus Dəmir Yollarının rəsmi saytında yerləşdiriləcək”.
Qeyd edək ki, tarif siyasəti MDB-yə üzv dövlətlərin dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi konsepsiyasının əsas prinsiplərinə uyğun olaraq hazırlanıb. Bu, 1996-cı ilin oktyabrında MDB Dövlət Başçıları Şurası tərəfindən təsdiq edilib.