6 C
Baku
Sunday, December 15, 2024

MDB bankları Rusiya köçürmə sistemlərinin etibarına şübhə edirlər

Onlardan etibarlılıq zəmanəti tələb edirlər.

Hər il Rusiyadan xaricə 23 milyard dollar pul köçürürlər.

“Miqom” ödəmə sisteminin süqutundan sonra MDB ölkələrinin bankları rusiyalı partnyorlarının etibarlılığına şübhə etməyə başladılar. Belə ki, iri özbək bankı Uzpromstroybank doqquz iri Rusiya ödəmə sisteminə məktub yazaraq sığorta depoziti və ya bank zəmanəti təqdim etməyi tələb edib.

Iri Rusiya ödəmə sisteminin nümayəndəsinin bəyan etdiyinə görə, bir neçə gün əvvəl şirkətə Uzpromstroybank-dan məktub daxil olub. Özbək partnyorları ödəmə sistemindən ya öhdəliklərinin üç qat həcmində bank zəmanəti təqdim etməyi ya da onların bankında həmin məbləğdə sığorta depoziti açmağı xahiş edirlər. Bununla yanaşı, zəmanət təqdim edən banklar (S&P и Fitch – BBB, Moody’s – Baa) “investisiya”dan aşağı olmayan S&P, Moody’s və ya  Fitch beynəlxalq agentliklərin reytinqinə malik olmalıdırlar.

“Yunistrim” ödəmə sistemində də özbək partnyorlarından  eyni məzmunlu məktub aldıqlarını təsdiqləyiblər.

Rusiya saytı xəbər verir ki, “Zolotaya korona” ödəmə sistemində ən çox narahatçılığı Özbəkistan, Azərbaycan, Qırğızıstan və Ukrayna partnyor-bankları bildirir.

Rusiyanın pul köçürmə bazarında qeyri-stabillikdən və bank sektorunda baş verən dəyişikliklərdən qorunmaq üçün bəziləri məktublar yollayır, bəziləri isə şifahi danışıqlar aparırlar.

“Vəziyyət Rusiyada lisenziyaların çağırılması ilə kəskinləşir, banklar ödəmə sistemləri ilə münasibətlərini diqqətlə nəzərdən keçirirlər” – deyə, “Zolotaya korona”nın nümayəndəsi bildirir.

“Hər bir bankla sistemli iş gedir, risklərin azalması yollarını axtarırıq”.

Digər ödəmə sistemlərindən bildirdilər ki, xarici partnyorlarının tələblərini yerinə yetirməyə hazırlaşmaslar da onlarla daim danışıqlar apararaq öz etibarlılıqlarını sübut etməyə çalışırlar.

“Zolotaya korona” nümayəndəsinin fikrinə görə xarici partnyor-bankların narahatçılıqları iri Rusiya ödəmə sistemlərinin (bazarın nümayəndələrinin dəyərləndirməsinə görə, pul köçürmələrinin təqribən 60%-i “Zolotaya korona”,  Contact və Western Union 20%-i, sonra isə “Yunistrim” və “Lider” gəlir) işində özünü çətin biruzə versin. Amma pul köçürmələrinin əsas biznes sahəsi olmadığı, digər şirkətlərin işləri çətinləşə bilər.

“Onlar partnyor müqaviləsiz qala bilərlər” – deyə, “Zolotaya korona”da qeyd ediblər.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər