“MDB-də böhrandan ən tez çıxan valyuta Azərbaycan manatı olacaq”

0
Beynəlxalq Energetika Agentliyi (International Energy Agency, İEA) analitiklərinin fikrincə, 2016-cı ilin sonları – 2017-ci ilin əvvəllərində dünya bazarlarında xam neftin qiyməti bahalaşmağa başlayacaq.

 “Bloomberg” bildirir ki, Yaponiyanın nüfuzlu “Nomura” maliyyə agentiliyinin ekspertlərinin hesablamalarına görə, üç aydan sonra ABŞ dollarının mövqeləri zəifləyəcək, xam neftin bir bareli isə orta hesabla 35-40 dollara satılacaq.
Daha sonra isə neftin bir bareli 55 dollara olacaq.
Ekspertlər onu da vurğulayırlar ki, postsovet məkanı ölkələri arasında böhrandan ən tez çıxan valyutalar rubl və Azərbaycan manatı olacaq.
faktxeber.com