8 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

MDB-dən olan qanunsuz miqrantlar Rusiyanı iyunun 15-dək tərk etməlidirlər

Rusiyanın Daxili İşlər Nazirliyi MDB dövlətlərindən xahiş edib ki, onların Rusiya ərazisində qanunsuz şəkildə yaşayan vətəndaşları iyunun 15-dək ölkəni tərk etsinlər.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Daxili İşlər Nazirliyinin statistikasına əsasən, bu gün Rusiyada Özbəkistandan 332 min, Tacikistandan – 247 min, Ukraynadan – 152 min, Azərbaycandan  – 120 min, Qırğızıstandan – 115 min, Ermənistandan – 61 min, Moldovadan – 56 min, Qazaxıstandan – 49 min insan yaşayır.

“Bu rəqəmi iyunun 15-dək aradan qaldırmasaq, bu insanlar deportasiyaya qədər cəzalandırılacaqlar. Media ilə əlbir işləyərək dövlətinizdə təşviqat işi aparmağınızı istərdim”, – deyə Rusiyanın daxili işlər nazirinin müavini bildirib.

Xatırladaq ki, dekabrın ortalarında Vladimir Putin koronavirusla əlaqədar miqrantların Rusiyadakı müvəqqəti yaşayış icazəsini 15 iyun 2021-ci ilə qədər uzadıb.

Son xəbərlər
Oxşar xəbərlər