19 C
Baku
Sunday, May 19, 2024

MDB Dövlət Başçıları Şurasının iclasının tarixi açıqlanıb

Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclası bu ilin oktyabrın 13-də Bişkek şəhərində keçiriləcək.

Bunu Qırğızıstan XİN rəhbərinin birinci müavini Asein İsayev brifinq zamanı bildirib.

“Qırğızıstan bu il MDB-yə sədrlik edir. Dövlət Başçıları Şurasının iclası oktyabrın 13-də keçiriləcək. Bütün MDB dövlət başçıları Bişkekdə toplaşacaq”, – İsayev bildirib.

Onun sözlərinə görə, bu il ərzində 80-dən çox tədbir nəzərdə tutulub və 10-dan çox tədbir Qırğızıstan ərazisində keçiriləcək.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər