Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti start götürüb.
Sammit Boris Yeltsin adına Prezident Kitabxanasının inzibati binasında keçirilir.
Sammitin 26-27 dekabr tarixlərində davam etməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev də sammitdə iştirak etmək üçün Rusiyaya səfər edib. Onun Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir.
***
Dekabrın 26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Sonra birgə foto çəkdirildi.