17 C
Baku
Thursday, May 23, 2024

MDB-nin 200 ən böyük bankı – SİYAHIDA Azərbaycanın 10 bankı var

Rusiyanin “RİA Novosti” agentliyi Müstəqil Dövlətlər Birliyi (MDB) məkanındakı 200 ən iri kommersiya bankının reytinq cədvəlini hazırlayıb. Əsasən Rusiya banklarının çoxluq təşkil etdiyi reytinqdə ölkəmizin 10 bankı da yer alıb. MDB məkanında 19-cu ən böyük bank olan Azərbaycan Beynəlxalq Bankı 11,73 milyard dollar aktivə malikdir. 2014-cü ildə bankın səhmləri 19,8% artıb, Azərbaycanın bank sektorundakı payı isə 36,5%-ə çatıb.

Azərbaycanın 2-ci ən böyük bankıKapital Bank isə 107-ci pillədə qərarlaşıb. Bankın aktivləri 1,75 milyard dollar olub. Ötən il bank səhmlərini 30,5% artırıb və ölkənin maliyyə bazarında 5,5% paya sahib olub.

PaşaBank isə 1,62 milyard dollar dəyərində səhmlə 112-ci pilləni tutub. PaşaBank 2014-cü ildə Azərbaycanın bank sisteminin 5,1%-ni nəzarətdə saxlayıb.

MDB-nin 200 bankı arasında 116-cı pillədə qərarlaşan Xalq Bank isə 1,6 milyardlıq səhmə malikdir. 2014-cü ili elə də uğurlu keçirməyən bankın aktivləri ümumi göstəricidə 5%-dir.

Bank Standart 1,5 milyard dollar səhmə malikdir. Bu göstərici ilə MDB-də 120-ci göstəriciyə malik olan bank milli maliyyə sektorunda 4,7% paya nəzarət edir.

2014-cü ildə AsccessBank-ın səhmləri 32% dəyər qazanıb. Buna görə də reytinq cədvəlinin 129-cu pilləsində qərarlaşan bank 1,33 milyard dollar dəyərində səhmə malikdir.

UniBank isə MDB bankları arasında 139-cu yerdədir. 1,09 milyard dollar dəyərində qiymətləndirilən UniBank mili bank sektorunda 3,4% pay sahibidir.

Azərbaycanı təmsil edən daha bir bank – Bank of Baku isə MDB-də 152-ci sırada gələn bankdır. Bankın səhmləri 950 milyon dollar civarındadır. Ötən il Bank of Baku ölkənin bankçılıq  sahəsində 3%-ə nəzarət edib.

Bank Technique siyahının 178-ci pilləsində qərarlaşıb. Onun səhmləri 780 milyon dollar, 187-ci pillədə yer alan Ata Bank isə 740 milyon dollar dəyərindədir.

MDB məkanının ən böyük bankı Rusiyanın SberBankı seçilib. Bankın səhmləri 368,69 milyard dollardır. Rusiyanın VTB Bankı 2-ci pillədə qərar tutub və 147,51 milyard dollar dəyərə sahibidr. “Üçlüyü” isə QazpromBank tamamlayır. Bankın səhmləri 82,43 milyard dollar təşkil edir.

modern.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər