MDB ölkələrinin aparıcı 200 kommersiya bankının 2016-cı il üzrə reytinq sıralamasında Azərbaycanın 7 bankı yer alıb.
Bu barədə “RİA Rating” tərəfindən hazırlanmış hesabatda bildirilir.
Hesabata görə, “Azərbaycan Beynəlxalq Bank” ASC 20-ci sırada yer alaraq Azərbaycan bankları arasında reytinqdə ən yüksək olub. “Pasha Bank” ASC – 97, “Kapital Bank” ASC – 108, “Xalq Bank” ASC – 128, “Accessbank” QSC – 155, “Unibank” ASC – 171 və “Bank Respublika” ASC 196-cı sırada qərarlaşıb.
Qeyd edək ki, reytinq sıralamasında ilk 12 yeri Rusiya bankları tutub. İlk 20-likdə Azərbaycandan başqa Qazaxıstan, Belarus və Ukrayna bankları da yer alıb.
Report