MDB ölkələrindən birində leqal kriptobirja işə salındı

0

MDB məkanında ilk dəfə olaraq, Belarusiyada Currency.com adlı kriptobirja açılıb. Qeyd edək ki, layihəyə 10 milyon dollardan çox investisiya yatırılmışdı.

Banker.az bu barədə Belarus KİV-nə istinadla xəbər verir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Yeni bazarda xammal, indekslər və tokenləşdirilmiş aktivlərin mübadiləsi həyata leçiriləcək.

Birja istifadəçiləri, həm ənənəvi pul, həm də  kriptovalyuta vasitəsi ilə token almaq imkanını qazanacaqlar. Lakin, hələ ki birjaya yalnız Bitcoin və Ethereum kriptovalyutaları bağlıdır. Ekspertlərin fikrincə, onlar daha təhlükəsizdirlər.

Yalnız xüsusi testdən keçənlər bu birjada ticarət edə bilərlər. Qeyd edək ki, ABŞ-dan başqa bütün ölkələrin sakinləri burada mübadilə imkanı əldə edirlər.

Layihə işçilərinin fikrincə, 2019-cu ildə kriptobirja 70 milyon dollar gəlir  verməlidir. Bu, 0,2% -dən 1,5% -dək olan birja komissiyaları hesabına baş tutacaq.