14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

MDB PA-nın 52-ci plenar iclasında bir sıra sənədlər qəbul edilib

faizlere

MDB Parlamentlərarası Assambleyasının (MDB PA) 52-ci plenar iclasında Azərbaycan Milli Məclisinin deputatı Nizami Səfərovun sədrliyi ilə Sosial siyasət və insan hüquqları daimi komissiyası tərəfindən təklif olunmuş bir sıra sənədlər qəbul edilib.

İclasda pandemiya dövründə miqrasiya proseslərinin qanunvericiliklə tənzimlənməsi və MDB-yə üzv dövlətlərin parlamentlərinin bu prosesdəki rolu müzakirə olunub.

Ümumi qərarla uşaqların sağlamlıq hüquqlarının qorunmasını tənzimləyən “MDB-yə üzv dövlətlərdə uşaqların sağlamlıq hüquqlarının təmin edilməsi haqqında” qanun və “Vətəndaşların hüquqi statusu haqqında məlumatları əldə etmək haqqında” qanun qəbul edilib.

Koronavirusun yayılması nəzərə alınaraq təklif edilmiş sənədlər arasında “MDB-yə üzv dövlətlərdə tibbi yardımın göstərilməsinə dair klinik tövsiyələr haqqında” qanunu da olub. Bu sənəd tibbi yardımın göstərilməsinə dair elmi və klinik sübut olunmuş məlumatların sistematik təhlilini əks etridən sənədləri özündə cəmləşdirir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər