Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Semtyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar Parlament Seçkilərini müşahidə edəcək missiyasının tərkibi formalaşıb.
Bu barədə sözü gedən qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 19 nəfərdən ibarət müşahidə missiyasına Rusiya Federasiya Şurasının sədr müavini Andrey Yatskin başçılıq edəcək.
Missiya paytaxtda və müxtəlif regionlarda yerləşən bir sıra seçki məntəqələrində olacaq və səsvermə prosesini yaxından izləyəcək.
O da qeyd olunub ki, Rusiya, Belarus, Tacikistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan nümayəndələrindən ibarət sözügedən missiya Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə ölkəmizə gələcək.