Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstanda keçirilən MDB Xarici İşlər Nazirləri Şurasında müzakirə olunan məsələlərdən danışıb.
O, bu barədə “X” hesabında yazıb.
“Bişkekə işgüzar səfərim çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasında iştirak etməkdən və bəyanatla çıxış etməkdən məmnunam. İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, rabitə, təhsil, idman və s. sahələrdə geniş spektrli məsələləri müzakirə etdik”, – paylaşımda qeyd olunub.