“Anglo Asian Mining”in “ACG Metals” tərəfindən mümkün satınalması ilə bağlı davam edən proses çərçivəsində broker kimi “Berenberg Bank”ı 26 noyabr 2025-ci ildə şirkətin 2,455 ədəd adi səhməsini alıb.
Banker.az xəbər verir ki, alış əməliyyatı hər biri 191 pens qiymətlə həyata keçirilib. Bank həmin gün heç bir satış etməyib.
Birja qaydalarının tələblərinə uyğun olaraq açıqlanan məlumatda qeyd olunub ki, ticarət müştəri adından icra olunub və proseslə bağlı əlavə razılaşma və ya törəmə əməliyyat yoxdur.
“ACG Metals Limited” mis və polimetal mədənçiliyinə fokuslanan şirkətdir. Şirkət 2024-cü ildə Türkiyədə yerləşən Gediktepe mədənini alıb və onu mis–sink istehsalı üçün genişləndirir.
“Berenberg Bank” (tam adı: Joh. Berenberg, Gossler & Co. KG) 1590-cı ildə Hamburqda təsis olunmuş, dünyanın ən qədim aktiv banklarından biridir. Bank əsasən investisiya bankçılığı, sərvətlərin idarə edilməsi, tədqiqat və broker xidmətləri sahələrində fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda “Anglo Asian Mining” şirkəti 2 yataqda hasilat aparır. “Gədəbəy” yatağında ilk qızıl hasilatı 2009-cu ildə, gümüş hasilatı isə 2010-cu ildə başlanıb. “Qoşa” yatağı 2013-cü ilin sentyabrından işlənilir. Bu il ərzində “Vejnəli” və “Gilar” yataqlarında hasilatın başlanması planlaşdırılır.
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir.






